
Çində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıb
Çində Çjeczyan Universitetinin həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox dayanmış pasiyenti xilas ediblər.
Çində Çjeczyan Universitetinin həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox dayanmış pasiyenti xilas ediblər.
Gundem.today "Sohu"ya istinadən xəbər verir ki, 40 yaşlı kişi sinə nahiyəsində sıxılma və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Qısa müddət sonra pasiyentdə miokardit səbəbindən ürək dayanması baş verib.
Pasiyentdə mədəciklərin davamlı fibrilyasiyası (ürəyin qanı effektiv şəkildə paylaya bilmədiyi təhlükəli ritm pozuntusu) müşahidə olunub. Ürək ritmini bərpa etmək mümkün olmadığından, pasiyentin həyat funksiyaları aparat vasitəsilə qorunub.
40 saatdan çox davam edən intensiv müalicədən sonra pasiyentin ürəyi tədricən bərpa olunmağa başlayıb və ritm normallaşıb. EKMO (Ekstrakorporal Membran Oksigenasiyası) cihazı təxminən 10 gün ərzində orqanizmi dəstəkləməyə davam edib, daha sonra isə söndürülüb. Təxminən 20 gün sonra pasiyent tam özünə gəlib və ciddi fəsadlar olmadan evə buraxılıb.
Həkimlər bildirirlər ki, belə hallar son dərəcə nadirdir və xilasetmə prosesi müasir tibbi texnologiyalarla yanaşı, mütəxəssislərin koordinasiyalı işini və bir qədər də şans tələb edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYeniyetmələrin onlayn təhlükəsizliyi: Qadağalar niyə işə yaramır?
Gənclər arasında rəqəmsal mühitdə hüquq pozuntularının çoxalması azyaşlıların qlobal şəbəkədə daha çox vaxt keçirməsi ilə əlaqələndirilsə də, onlara sosial şəbəkələrdən istifadə etməyi qadağan etmək düzgün çıxış yolu deyil.
DünyaÇernobılın 40 illik "mirası": Avstriyada hələ də yüksək radiasiya aşkarlanır
Avstriyanın Yuxarı Avstriya federal əyalətində Çernobıl fəlakətinin izlərinə bu gün də rast gəlinir.
Dünya"Meta" işçilərinin fəaliyyətini izləyəcək
ABŞ-nin "Meta" şirkəti əməkdaşlarının xidməti kompüterlərində yeni nəzarət alətləri quraşdırmağı planlaşdırır. Bu sistem vasitəsilə klaviatura toxunuşları və kliklər qeydə alınacaq, həmçinin müntəzəm olaraq ekranın skrinşotları (ekran görüntüləri) çəkiləcək.
DünyaDənizlər miqrantlar üçün "qəbiristanlığa" çevrilib: Ötən il səkkiz minə yaxın insan həlak olub
2025-ci ildə qeyri-qanuni miqrasiya marşrutlarında 7 904 insan həlak olub və ya itkin düşüb.