
Əfqanıstanda qadınlar üçün geyim qaydaları daha da sərtləşdirilir
Əfqanıstan hakimiyyəti Herat əyalətində qadınlar üçün müsəlman geyim qaydalarını daha da sərtləşdirib.
Əfqanıstan hakimiyyəti Herat əyalətində qadınlar üçün müsəlman geyim qaydalarını daha da sərtləşdirib.
Gundem.today-ın xəbərinə görə, bu barədə Əfqanıstanın "Salam Vətəndar" radiostansiyası məlumat verib.
Heratda Fəzilətlərin Təbliği və Şər İşlərin Qarşısının Alınması Nazirliyinin rəhbərliyi xanımlar üçün yeni geyim tərzi təlimatı təqdim edib. Tələbə görə hicab geniş və gizli olmalıdır.
"Əsas meyar diqqəti cəlb etməyən geniş, təmassız və gizli geyimdir. Dar geyim geyinmək şəriət hicabının prinsiplərinə ziddir. Bu proses təhsil və dinc qarşılıqlı əlaqə yolu ilə təşviq ediləcək", - deyə nazirliyin rəhbəri Əziz Ur-Rəhman Mühacir vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".