
Əhalinin yaşayışını burnundan gətirən durum: "Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - VİDEO
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayan sakinlər yarımçıq qalan tikinti işlərindən narazıdırlar.
Bakının Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsində yaşayan sakinlər yarımçıq qalan tikinti işlərindən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən bir-iki il əvvəl ərazidə tunelin çəkilməsi ilə bağlı işlərə başlanılsa da, ötən ilin dekabr ayından etibarən proses dayanıb. Nəticədə qış aylarında palçıq, yayda isə toz-torpaq səbəbindən küçədə hərəkət çətinləşib.
"İşlər dayanıb, sonu da görünmür. Nə yolu rahat keçə bilirik, nə də pəncərələrimizi aça bilirik", - deyə sakinlərdən biri bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, dövlət proqramına uyğun olaraq yeni yolun inşası həyata keçirilir və sözügedən ərazi də layihənin tərkib hissəsidir.
Qeyd olunub ki, layihənin digər hissələri üzrə işlər davam etdirilir, həmin hissədə isə tikinti işlərinin yaxın vaxtlarda yenidən başlanılması nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətQəbiristanlıqda aşkarlanan iki yaşlı körpənin anası tapıldı: Övladından imtina etdi
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
CəmiyyətYandırılan türk bayrağının kölgəsindəki "ev" - Serdar Kılıçı ermənilərə bağlayan nədir?
Kubra Məhərrəmova yazır...
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - VİDEO
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.