
Şəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Gundem.today xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər rəhbər şəxslər, eləcə də ictimaiyyət nümayəndələri Festivalda iştirak ediblər.
12 500-ə yaxın iştirakçı ilə keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularında, eləcə də Şəki şəhərinin memarlıq abidələri barədə suallar təqdim olunaraq müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, tədbirin rəsmi proqramı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, digər rəsmi şəxslər və şəhər ictimaiyyətinin iştirakı ilə baş tutub.
Minlərlə insanın qatıldığı interaktiv proqram çərçivəsində WUF13, şəhərsalma mövzuları və Şəkinin memarlıq abidələri barədə suallardan ibarət müsabiqələr təşkil edilib. Sualları düzgün cavablandıran iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 5-də Şəki şəhərində festivala start verilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, WUF13 Festivalı çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Şəki filialında müəllim və tələbə heyətinin iştirakı ilə məlumatlandırma sessiyası təşkil edilib.
Universitetin müəllim və tələbə heyətinin iştirakı ilə baş tutan sessiyada WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və bu çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. Bildirilib ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.
Tədbirdə ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Forum barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş təqdimat olunub, həmçinin Forumun Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.
Bildirilib ki, Azərbaycanda WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Saat 18:00-da festival açıq havada ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda bəzi ərazilərdə işıq olmayacaq
Bakının Nizami rayonunun bəzi ərazilərində elektrik təchizatında fasilə yaranacaq.
CəmiyyətQəbiristanlıqda aşkarlanan iki yaşlı körpənin anası tapıldı: Övladından imtina etdi
Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynləri tapılıb.
CəmiyyətYandırılan türk bayrağının kölgəsindəki "ev" - Serdar Kılıçı ermənilərə bağlayan nədir?
Kubra Məhərrəmova yazır...
CəmiyyətŞəkidə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - VİDEO
Mayın 5-də Şəki şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.