
"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO
Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.
Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən Hikmət Qaraşov "Baby Brand" adlı səhifə tərəfindən aldadıldığını iddia edir. Şikayətçi bildirib ki, həmin səhifədən 250 manata uşaq arabası sifariş verib, lakin ödənişi edib qəbzi qarşı tərəfə göndərdikdən sonra bloklanıb.
H.Qaraşovun sözlərinə görə, sözügedən səhifə "TikTok"da aylardır aktiv fəaliyyət göstərir. O, həmin səhifənin fırıldaqçı olduğunu ifşa edən digər paylaşımların şərhlərində yüzlərlə bənzər şikayətə rast gəldiyini qeyd edib. Şikayətçi hətta altıaylıq əlil övladı olan bir ananın da eyni üsulla aldadılaraq maddi zərərə uğradığını vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, edilən müraciətlər polis əməkdaşları tərəfindən araşdırılır və qanunauyğun tədbirlərin görülməsi təmin edilir:
"Belə saxta səhifələr ilk baxışda məşhur brendlərin adından istifadə edilməsinə və satılan məhsulların real dəyərindən qat-qat aşağı qiymətinin olmasına görə diqqəti cəlb edə bilər. Buna görə də sosial şəbəkələr və elan saytları üzərindən alqı-satqı edən vətəndaşlar ehtiyatlı olmalıdırlar. Zərərə məruz qalmamaq üçün vətəndaşlarımıza internet resurslarındakı əmin olmadıqları elanlara və şübhəli linklərə daxil olmamağı, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.
CəmiyyətBakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
CəmiyyətPaytaxtda yeni xəstəxana tikiləcək
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
CəmiyyətAzərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib
Azərbaycanda baş müəllim vəfat edib.