Son dəqiqə
Tehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcəkNATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmırGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI - SƏBƏBİ məlum olduKeçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? - VİDEOYer kürəsində maqnit fırtınası başlayıbKüveyt hava məkanı ilə bağlı qərar
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək
Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək
İqtisadiyyat

Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək

Dünən
10:18
0 baxış
Paylaş:

"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.

"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Gundem.today-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov mavafiq qərar imzalayıb.

Əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi qaydasında dəyişiklik olunub.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı ödəmə mənbəyində vergini tutmağa və tutulan vergilər barədə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına verməyə borclu olacaq.

Belə ki, nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərdən xərclər çıxılmadan iki faiz dərəcə ilə ödəmə mənbəyində verginin tutulması hallarının araşdırılması üçün Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral vergi yoxlamaları aparılacaq.

Ödəmə mənbəyində tutulan verginin yoxlanması zamanı yuxarıda nəzərdə tutulan satışlardan əldə edilən gəlirlərlə bağlı vergitutma obyektinin düzgün müəyyən edilməsi araşdırılmalıdır.

Mövcud qanunvericiliyə görə, əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəmirlər. Əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulur.

Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#*Vergi_inzibatçılığı#Mikayıl_Cabbarov#DOST_Agentliyi#İqtisadiyyat_Nazirliyi#elektron_ticarət#əlilliyi_olan_şəxslər#kameral_yoxlama#sosial_sığorta#AVİS#səyyar_vergi_yoxlaması#vergi_qanunvericiliyi#rəqəmsal_iqtisadiyyat.*

Oxşar Xəbərlər

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?İqtisadiyyat

Qeyri-neft ixracındakı artım ilin sonuna qədər davam edəcək?

2026-cı ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracı 862 milyon dollara çataraq 11.7% artım nümayiş etdirib. Bu dinamika iqtisadi şaxələndirmə strategiyasının uğuru kimi qiymətləndirilir.

Bu gün
12:020
Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti 11 dollardan çox ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:080
Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcəkİqtisadiyyat

Astaranın üç kəndinin sel və daşqınlardan mühafizəsi iki milyona başa gələcək

Astara rayonunun üç kəndinin sel və daşqın sularından mühafizəsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Bu gün
00:480
DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcəkİqtisadiyyat

DGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək

Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.

Bu gün
17:180