
Əraqçının Azərbaycana təşəkkür mesajı erməni mediasında - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, İtaliyanın nüfuzlu "Il Messaggero" nəşrində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müsahibəsi dərc olunub.
Müsahibədə Azərbaycanın tolerantlıq və birgəyaşayış modeli ön plana çıxarılıb, müxtəlif dinlərin nümayəndələrinin iştirakı ilə Romada təşkil olunan iftar süfrəsinin dinlərarası dialoq baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, Yaxın Şərqdə davam edən münaqişələr və Avropada din adı ilə törədilən terror hadisələri fonunda Azərbaycan sülh, harmoniya və birgəyaşayış nümunəsi ortaya qoyur.
Eyni zamanda Ermənistan KİV-i İranın xarici işlər naziri Abbas Əraqçinin açıqlamasına istinadən xəbər verib ki, Yaxın Şərqdə müharibə başlayandan sonra xaricdə qalmış İran zəvvarlarının təxliyəsi və onlara yardım göstərilməsi məsələsində Azərbaycan da daxil olmaqla bir sıra qonşu ölkələr əhəmiyyətli dəstək verib.
Məlumatda Abbas Əraqçının Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Ermənistan və Səudiyyə Ərəbistanı hökumətlərinə xüsusi təşəkkür etdiyi oxucuların diqqətinə çatdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətBu gün Mir Cəlal Paşayevin doğum günüdür
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 118 il keçir.
Siyasət"Haber Global" Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərinə dair süjet hazırladı - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib. Onu azərbaycanlı həmkarı İlham Əliyev Qəbələdə qarşılayıb.
SiyasətCeyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.
Siyasətİlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.