Son dəqiqə
Vinisius Juniorun "Real Madrid"dəki gələcəyinə aydınlıq gəldiSuraxanının bəzi ərazilərində işıq olmayacaqElçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda çıxış edib - VİDEOTramp İsrail-Livan danışıqlarında iştirak edəcəkAğstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEOGəncədə dəm qazından zəhərlənənlərin kimliyi məlum oldu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək
Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək
Cəmiyyət

Akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək

Bu gün
21:28
0 baxış
Paylaş:

Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Gundem.today xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, Tədris və Təşkilati-Metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.

Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcəklər. Bununla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən də tanınmış mütəxəssislər konfransda iştirak edərək öz təcrübələrini bölüşəcəklər.

Konfransda açılış nitqi ilə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin fəxri prezidenti Sunay Duman çıxış edəcəklər.

Konfrans çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı da keçiriləcək.

Konfransda "Azərbaycanda keratoplastika xidmətlərinin inkişafında Milli Göz Bankının rolu", "Qaranlıqdan işığa - bir baxışın hədiyyəsi: potensial donordan buynuz qişa transplantasiyasına qədər uğurlu yol və perspektivlər", "Mən nə üçün donor olmaq istəyirəm?", "Dəlib-keçən və təbəqəli keratoplastika: göstərişlər və uzaq nəticələr", "Dərin ön lamellyar keratoplastikadan sonra gözyaşı pərdəsində iltihabi və iltihabəleyhinə sitokinlərin qiymətləndirilməsi", eləcə də Vito Romano (onlayn) tərəfindən təqdim olunacaq "Endotelial keratoplastikada optimal nəticələrin biomarkerləri" və digər mövzular müzakirə ediləcək. Həmin mövzular həm nəzəri biliklərin, həm də praktik təcrübənin təqdim olunmasına imkan yaradacaq, elmi diskussiyalar isə oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Qeyd edək ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Akademik Zərifə Əliyeva Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, eləcə də peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində mühüm elmi nailiyyətlər əldə edib.

Akademik Zərifə xanım Əliyeva "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "İridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150-dən çox elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olan akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Zərifə_Əliyeva

Oxşar Xəbərlər

Suraxanının bəzi ərazilərində işıq olmayacaqCəmiyyət

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu gün
00:360
Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEOCəmiyyət

Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO

Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.

Bu gün
23:480
Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilirCəmiyyət

Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir

Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.

Bu gün
22:340
Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTOCəmiyyət

Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO

Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.

Bu gün
21:400