
Livanın cənubunda gərginlik: İsrail və "Hizbullah" arasında atəşkəs pozuldu, ölənlər var
İsrail ordusunun Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.
İsrail ordusunun Livanın cənubundakı Tir şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.
Gundem.today NNA informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail qüvvələri bir avtomobili hədəf alıb. Eyni zamanda, "Əl-Mayadeen" telekanalı İsrail aviasiyasının şəhərə təkrar hücum etdiyini və aralarında jurnalistlərin də olduğu bir neçə nəfərin xəsarət aldığını açıqlayıb. Məlumatda, həmçinin İsrail bölmələrinin Qantara şəhərində də kütləvi bombardman apardığı bildirilir.
Digər tərəfdən, "Hizbullah" atəşkəsin pozulmasına reaksiya olaraq, Tir şəhərindən cənubda yerləşən Ras əl-Bayada ərazisindəki İsrail artilleriya mövqelərinə zərbə endirdiyini bəyan edib. İsrail Müdafiə Ordusu öz növbəsində hücum edən pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb və baş verənləri atəşkəs razılaşmasının kobud şəkildə pozulması kimi dəyərləndirib.
Qeyd edək ki, bu qarşılıqlı zərbələr tərəflər arasında əldə edilmiş ongünlük atəşkəs razılaşmasına baxmayaraq həyata keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUkraynadan Macarıstan və Slovakiyaya neft nəqli bərpa olunur
Ukraynadan keçən "Drujba" boru kəmərinin doldurulmasına başlanılıb.
DünyaABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb
ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1.93 milyon barel artaraq 465.7 milyon barelə çatıb.
DünyaHindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEO
Hindistanın Kerala ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
DünyaVaşinqton İranla müharibədə onu dəstəkləməyən NATO üzvlərini cəzalandırmağı planlaşdırır
Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərin hərbi bloka verdiyi dəstəyin səviyyəsinə görə xüsusi siyahı tərtib edib.