
ABŞ Dövlət Departamentindən transgenderlər üçün sərt qaydalar
ABŞ Dövlət Departamenti transgenderlə bağlı memorandum dərc edib ki, buna əsasən, diplomatik müəssisələrdə onlar doğum zamanı təyin olunmuş bioloji cinslərinə uyğun olaraq tualetlərdən (ayaqyollarından) və digər intim məkanlardan istifadə etməlidirlər.
ABŞ Dövlət Departamenti transgenderlə bağlı memorandum dərc edib ki, buna əsasən, diplomatik müəssisələrdə onlar doğum zamanı təyin olunmuş bioloji cinslərinə uyğun olaraq tualetlərdən (ayaqyollarından) və digər intim məkanlardan istifadə etməlidirlər.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The Daily Signal" nəşri məlumat verib.
"Administrasiya iki cinsin - kişi və qadının mövcudluğunu təsdiqləyir və bəyan edir ki, federal qurumlar ümumi istifadə məkanlarında vahidliyi, məxfiliyi və təhlükəsizliyi təmin etmək üçün bu obyektiv və uzunmüddətli əsasda fəaliyyət göstərməlidirlər", - deyə ABŞ Dövlət Departamentinin mətbuat katibinin baş müavini Tommi Piqott bildirib.
ABŞ Dövlət Departamenti xaricdəki diplomatik nümayəndəliklərinin, eləcə də bir sıra ixtisaslaşmış agentlik və büroların fəaliyyətinə rəhbərlik edən xarici siyasət qurumudur.
Jurnalistlərin qeyd etdiyi kimi, yeni memorandum Obama administrasiyası dövründə qəbul edilmiş 2015-ci il qətnaməsini ləğv edir. Bu qətnamə federal qurumlardan transgenderlərin onların gender kimliklərinə uyğun olaraq ayaqyollarından istifadə etmələrinə icazə verilməsini tələb edirdi. 2026-cı ilin fevral ayında məşğulluq sahəsində bərabər imkanlar üzrə komissiya qərar verdi ki, federal qurumların işəgötürənləri kişilərin qadın tualetlərindən, qadınların isə kişi tualetlərindən istifadələrini qadağan etmək üçün qanuni hüquqa malikdirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də neft ehtiyatları gözlənilmədən iki milyon barelə yaxın artıb
ABŞ-də kommersiya neft ehtiyatları ötən həftə 1.93 milyon barel artaraq 465.7 milyon barelə çatıb.
DünyaHindistanda fişəng fabrikində partlayış: 13 nəfər həlak oldu - VİDEO
Hindistanın Kerala ştatında fişəng fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.
DünyaVaşinqton İranla müharibədə onu dəstəkləməyən NATO üzvlərini cəzalandırmağı planlaşdırır
Amerika Birləşmiş Ştatları Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərin hərbi bloka verdiyi dəstəyin səviyyəsinə görə xüsusi siyahı tərtib edib.
Dünyaİsrail prezidenti Livana avtomobillə getməyi arzulayır
İsrail Prezidenti İsxak Hersoq Livanla mehriban qonşuluq əlaqələri yaratmaq istədiyini bəyan edib.