Son dəqiqə
Rusiyanın cənubundakı hava limanlarının fəaliyyəti mayın 12-nə qədər dayandırıldı - VİDEORauf Namazova yüksək vəzifə verildi - FOTOQarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir - VİDEOCAR-da dəhşətli qəza: 8 ölü, 40-dan çox yaralı var - VİDEOUkraynada Çernobıl AES-in təcrid zonasında genişmiqyaslı meşə yanğını - FOTO - VİDEOBolqarıstan parlamenti Rumen Radevi baş nazir seçdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRAR
Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRAR
Cəmiyyət

Etibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRAR

Bu gün
13:16
0 baxış
Paylaş:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Gundem.today xəbər verir ki, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin vaxt onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hələ (3 aprel 1976-cı il tarixdə - red.) qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı yalnız 19 iyun 2004-cü ildə pozulub.

Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası bu qərarı ləğv edib və iddianı rədd edib. Məhkəmə qeyd edib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.

Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Buna görə də iddiaçının atası ilə cavabdeh arasında 1976-cı ildə bağlanmış nikah etibarlı hala gəlib.

Məhkəmə həmçinin vurğulayıb ki, həmin nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir etmir.

Kassasiya instansiyası da bu mövqe ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Ali_Məhkəmə#Mülki_kollegiya#etibarsız_nikah#məhkəmə_təcrübəsi#vərəsəlik_hüququ#boşanma#apellyasiya_məhkəməsi#kassasiya_şikayəti#hüquqi_maneə#ailə_məcəlləsi#məhkəmə_qərarı.

Oxşar Xəbərlər

Rauf Namazova yüksək vəzifə verildi - FOTOCəmiyyət

Rauf Namazova yüksək vəzifə verildi - FOTO

Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı həyata keçirilib.

Bu gün
14:160
Qarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir - VİDEOCəmiyyət

Qarabağın incisi sayılan Şuşa sürətlə dirçəlir - VİDEO

Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı! Bu qədim şəhər, özündə tarixin, incəsənətin və qəhrəmanlığın izlərini daşıyır.

Bu gün
14:120
Nizami rayonunun bəzi ərazilərində sakinlər qazsız qalıblarCəmiyyət

Nizami rayonunun bəzi ərazilərində sakinlər qazsız qalıblar

Bu gün Nizami rayonunda 12:00-dan E.Süleymanov, M. Şərifli, R.Rüstəmov və C.Naxçıvanski küçələrinin qaz təchizatında fasilə yaranıb.

Bu gün
13:590
İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTOCəmiyyət

İnfeksionistdən hantavirus XƏBƏRDARLIĞI: "Ölüm riski yüksəkdir" - FOTO

Hantavirus müxtəlif ölkələrdə aşkarlanmaqla yayılma coğrafiyasını genişləndirir. İsraildə qeydə alınan yeni yoluxma faktı, həmçinin Fransa, İsveçrə və CAR-dakı hallarla birlikdə virusun daha geniş ərazilərdə müşahidə olunduğunu göstərir. Eyni zamanda, "MV Hondius" kruiz gəmisində baş verən yoluxmalar da narahatlığı artırıb.

Bu gün
13:560