
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
Bu barədə Gundem.today-a Gənclər və İdman Nazirliyindən xəbər verilib.
İclasda UNESCO-nun baş direktorunun müavini (ADG) Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasda yer alıblar.
Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, büronun növbəti iki il (2026-2027-ci illər) üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.
Büronun ilk rəsmi iclasından əvvəl Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov 26 mart 2026-cı il tarixində "İdmanda dopinqin kökünün kəsilməsi fondunun" Təsdiq Komitəsinin ikinci rəsmi iclasında büronu təmsil edib.
Qeyd edək ki, Fərid Qayıbov həmçinin büroda təmsil etdiyi II Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiyanın idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü baş tutub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanKonor Makqreqor idmana QAYITDI: Elan etdi
İki divizionlu keçmiş "Ultimate Fighting Championship" (UFC) çempionu Konor Makqreqor antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edildikdən sonra idmana qayıtdığını rəsmi olaraq elan edib.
İdmanYurgen Klopp Məhəmməd Salahın "Liverpul"dan gedişi barədə danışdı
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ulduz hücumçu Məhəmməd Salahın cari mövsümün yekununda komandanı tərk etmək qərarına münasibət bildirib.
İdmanMauro İkardidən "Qalatasaray"a XƏBƏRDARLIQ
"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ödənilməyən borc səbəbindən rəhbərliyə rəsmi xəbərdarlıq edib.
İdmanRafael Nadal doktorluq dərəcəsi alıb
İspaniyalı tennisçi Rafael Nadal Madrid Politexnik Universitetində doktorluq dərəcəsi alıb.