Son dəqiqə
İsfahani: "Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq"Bakıda dayısını qətlə yetirən şəxsə AĞIR CƏZAPakistan İrana ABŞ ilə danışıqlara dair yeni təkliflər təqdim edibBağça müdiri olmaq istəyənlərin diqqətinəTürkiyə Qran-prisi "Formula-1"ə qayıdırMDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. FHN təlim keçirdi, nöqsanlar aşkarlandı - FOTO - VİDEO
FHN təlim keçirdi, nöqsanlar aşkarlandı - FOTO - VİDEO
Cəmiyyət

FHN təlim keçirdi, nöqsanlar aşkarlandı - FOTO - VİDEO

Bu gün
15:36
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Qobu Park" yaşayış kompleksində təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Qobu Park" yaşayış kompleksində təlim keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi və süni maneələr səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi, yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN_təlimi#Qobu_Park_yaşayış_kompleksi#yanğın_təhlükəsizliyi#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#Qaradağ_rayonu#yanğınsöndürmə_texnikası#düzgün_parklanma_qaydaları#fövqəladə_hallar#təhlükəsizlik_qaydaları

Oxşar Xəbərlər

Bağça müdiri olmaq istəyənlərin diqqətinəCəmiyyət

Bağça müdiri olmaq istəyənlərin diqqətinə

Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri açıqlanaraq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu gün
16:560
Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMACəmiyyət

Azərbaycanda bələdiyyə torpağı niyə "ucuz"dur? - Nəzarət mexanizmləri - ARAŞDIRMA

Azərbaycanda bələdiyyə torpaqlarının qiymətləndirilməsi və idarə olunması sahəsində son illər mühüm institusional və rəqəmsal yeniliklər həyata keçirilsə də, bu sahədə hələ də ciddi uyğunsuzluqlar mövcuddur.

Bu gün
16:480
Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandıCəmiyyət

Gürcüstan vətəndaşlığını Azərbaycana dəyişənlərin sayı açıqlandı

2025-ci ildə 10 nəfər Gürcüstan vətəndaşlığından imtina edib və Azərbaycan vətəndaşlığı alıb.

Bu gün
16:360
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVACəmiyyət

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Bu gün
16:340