Son dəqiqə
Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırmaOyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEOFransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıbAlimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblarFilipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab veribSumqayıtda dəhşətli durum: "Hər il çökə-çökə gedir" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb
Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb
Dünya

Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb

Bu gün
04:36
0 baxış
Paylaş:

Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.

Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.

Gundem.today "Le Monde" nəşrinə istinadən xəbər verir ki, ərazidə partlamamış hərbi sursatların qalma ehtimalı olduğu üçün yerli rəhbərlik bu toplanışı olduqca təhlükəli vəziyyət kimi qiymətləndirib.

Tədbirin ilk iştirakçıları əraziyə mayın 1-i səhər saatlarında gəliblər. Yerli vaxtla saat 09:00-a (Bakı vaxtı ilə 11:00) qədər rəsmi qurumlar bölgədə 2 300-dən çox avtomobil qeydə alıblar. Təşkilatçılar isə həftəsonunadək burada 30 minə yaxın insanın iştirakını planlaşdırırlar.

Çer departamentinin prefekturası bu kütləvi toplanışın icazəsiz olduğunu bildirərək, təhlükəli zonaya girişin qarşısını almaq məqsədilə əraziyə polis və jandarm qüvvələrinin cəlb edildiyini açıqlayıb. Həmçinin, təşkilatçıların qanun qarşısında cavab verəcəyi və məhkəmə təqibinə məruz qalacağı qeyd edilib.

"Toplaşanlar partlamamış sursatların qala biləcəyi bir ərazidə yerləşiblər. Bundan daha təhlükəli bir məkan seçmək mümkün deyildi", - deyə prefekturadan vurğulanıb. Rəsmilər poliqonda olan şəxslərə tonqal qalamamağı, torpağı qazmamağı və yerdən hər hansı naməlum əşya götürməməyi ciddi şəkildə xəbərdar ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Fransa#Hərbi_poliqon#aksiya

Oxşar Xəbərlər

Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırmaDünya

Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırma

Gənclər arasında bağırsaq xərçəngi hallarının artması qida rasionunda südün azaldılması ilə bağlı ola bilər. Belə ki, bu qidadan uzaq durmaq xəstəliklərdən qorunmaq üçün mühüm əhəmiyyət kəsb edən kalsiumun səviyyəsini aşağı salır.

Bu gün
05:320
Mesajlaşma niyə anlaşılmazlığa səbəb olur?Dünya

Mesajlaşma niyə anlaşılmazlığa səbəb olur?

Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.

Bu gün
02:360
Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunubDünya

Rusiya aeroportlarında yeni qaydalar tətbiq olunub

Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.

Bu gün
02:240
Diplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladıDünya

Diplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.

Bu gün
01:420