
Filipp Kirkorov Alla Puqaçovanın saxta evliliklə bağlı fikirlərinə cavab verib
Məşhur ifaçı Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın onların nikahının saxta olması barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Məşhur ifaçı Filipp Kirkorov keçmiş həyat yoldaşı Alla Puqaçovanın onların nikahının saxta olması barədə səsləndirdiyi fikirlərə etiraz edib.
Gundem.today xəbər verir ki, bu barədə "radio1.ru" saytı məlumat yayıb.
Sənətçi qeyd edib ki, Prima Donnanın sentyabrda yayımlanan müsahibəsinə baxıb və orada nikahlarının "saxta" adlandırılmasının şahidi olub. Kirkorov bu fikirlə qətiyyən razılaşmır, çünki onlar kilsədə dini nikah bağlayıblar və keçmiş həyat yoldaşı pravoslav inancına hər zaman ciddi yanaşıb.
"Siz kilsədə sadəcə nikah kəsdirib məhəbbət sözləri demirsiniz; orada Tanrı hüzurunda sonadək bir yerdə qalmağa əbədi and içirsiniz", - deyə sənətçi vurğulayıb.
Buna baxmayaraq, müğənni Puqaçovaya birgə yaşadıqları 10 illik həyata, xüsusilə də nikahlarının ilk üç ilinə görə minnətdarlığını ifadə edib:
"Mən ona hədsiz dərəcədə təşəkkür edirəm və hər zaman minnətdar olacağam. Çünki həmin vaxtlar, özəlliklə də ilk üç il, möhtəşəm idi. O 10 il bir atəşfəşanlığa bənzəyirdi", - deyə Filipp etiraf edib.
Xatırladaq ki, Kirkorov və Alla Borisovna 2005-ci ildə rəsmən boşanıblar. Puqaçova daha sonra Maksim Qalkinlə ailə həyatı qurub. Kirkorovun fikrincə, teleaparıcı hər zaman ona bənzəməyə çalışır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMəhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı
Məşhur ukraynalı sənətçilər - ictimaiyyətə daha çox Potap kimi tanınan Aleksey Potapenko və Nastya Kamenskix yeddi illik ailə həyatlarına son qoyduqlarını bəyan ediblər.
Şou-biznesKİV: Maykl Ceksona qarşı yeni iddiada şok ittihamlar irəli sürülüb
Amerikalı pop ulduzu Maykl Ceksonun yaxın dostlarından birinin övladları mərhum müğənninin varislərinə və nümayəndələrinə qarşı yeni məhkəmə iddiası qaldırıblar.
Şou-biznesTürkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
Bir müddətdir ayrılıq xəbərləri ilə gündəmdə olan məşhur türkiyəli aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay 12 illik evliliklərinə son qoyublar.
Şou-biznesTeylor Svift səsini süni intellektdən qorumaq üçün tədbir gördü
ABŞ-li müğənni Teylor Svift Patent və Ticarət Nişanları İdarəsinə ticarət nişanının qeydiyyatı üzrə üç ərizə təqdim edib. Bu qanuni addım, ehtimal ki, süni intellekt (AI) dövründə onun öz şəxsiyyətini qorumaq məqsədi daşıyır.