
Fudzi vulkanının püskürməsi Yaponiyanı qaranlığa və külə qərq edə bilər
Fudzi vulkanının potensial püskürməsi Yaponiyanın əsas infrastruktur obyektlərini işıqsız qoya, həmçinin ehtiyat generatorlarını sıradan çıxara bilər.
Fudzi vulkanının potensial püskürməsi Yaponiyanın əsas infrastruktur obyektlərini işıqsız qoya, həmçinin ehtiyat generatorlarını sıradan çıxara bilər.
Gundem.today xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Telekanal Yamanaşi prefekturasının Elmi-Tədqiqat İnstitutu və generator istehsalçıları ilə birlikdə praktiki eksperiment keçirib. Eksperiment zamanı vulkanik külün dizel generatorlarının işinə təsiri araşdırılıb.
Məlum olub ki, toplanmış kül təbəqəsi 7 santimetrdən çox olduqda generatorun yağ təzyiqi azalır, 27,5 santimetr həddinə çatdıqda isə mühərriki həddindən artıq yüklənmədən qorumaq üçün aqreqat tamamilə dayanır. Mütəxəssislərin qeydlərinə görə, generatorun sıradan çıxması üçün daha az miqdarda kül - təxminən 5 santimetr də kifayət edir.
Yaponiya hökumətinin hesablamalarına əsasən, Fudzi püskürdüyü təqdirdə iki həftə ərzində Tokioda təxminən 10 santimetr kül düşə bilər. Paytaxta düşəcək vulkanik külün ümumi həcminin 490 milyon kubmetrə çatacağı ehtimal olunur.
Ekspertlərin qiymətləndirməsinə görə, Tokioda və ətraf ərazilərdə təxminən 400 min ev təsərrüfatı işıqsız qala bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİlin ən parlaq kometası mövcudluğunu dayandırıb
İlin ən parlaq kometası C/2026 A1 Günəşə yaxınlaşdıqdan sonra mövcudluğunu dayandırıb.
DünyaKİV: Danimarka Qrenlandiyada diversiya planı hazırlayır
Danimarka hərbçilərinin Qrenlandiyada aerodromların uçuş-enmə zolaqlarını sıradan çıxarmaq üçün diversiya planı hazırladığı iddia olunur.
DünyaRusiyada ilk dəfə qadın biryumurtalı dördəm dünyaya gətirib
Sankt-Peterburqdan olan qadın Rusiyada ilk dəfə olaraq bir yumurtadan yaranan dördəm dünyaya gətirib.
DünyaTürkiyədə Qara dəniz üzərində qeyri-adi bulud müşahidə olunub
Türkiyədə Qara dəniz üzərində qeyri-adi formalı bulud qeydə alınıb.