
Şampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama
"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
Gundem.today xəbər verir ki, bu barədə rusiyalı trixoloq və dermatoveneroloq Eduard Buçarov Gazeta.ru-nun jurnalistləri ilə söhbətində deyib.
"Şampun keçəlliyin səbəbi deyil. O, tərkibinə görə konkret insan üçün uyğun olmaya bilər, qıcıqlanma yarada bilər, lakin patoloji saç tökülməsinin mexanizmi daha dərin proseslərlə bağlıdır", - deyə həkim açıqlamasında bildirib.
E.Buçarov əlavə edib ki, problemin kökünü saç follikullarının vəziyyətində axtarmaq lazımdır:
"Follikullar dərinin altında yerləşdiyi üçün şampun onlara təsir edə bilmir. Hətta yuyucu vasitədə aqressiv maddələr olsa belə, onlar follikulların fəaliyyətinə təsir göstərmir və patoloji saç tökülməsinə səbəb olmur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıQvatemalada iki min il əvvələ aid yaşayış məskəni tapılıb
Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun arxeoloqları Atitlan gölünün dibində batmış maya yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyiblər. Su altında meydanlar, evlərin bünövrələri və daş abidələr aşkar edilib.
MaraqlıMütəxəssis xəbərdarlıq edir: Yaz allergiyası təhlükəlidir
Yaz mövsümündə ağac tozlarının artması xüsusilə allergiyaya meyilli uşaqlarda asqırma, burun və göz qaşınması, öskürək kimi şikayətləri artırır.
MaraqlıFransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb
Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.
Maraqlı"Yeni Avaz 3" - 15 ilin Hitləri
Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır. Bu möhtəşəm layihə Xəzər Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir.