
Gecikdirilmiş 300 min manata yaxın vəsaitin işçilərə ödənilməsi təmin olunub
Yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292.3 manat vəsaitin işçilərə vaxtında verilmədiyi müəyyən edilib.
Yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 292.3 manat vəsaitin işçilərə vaxtında verilmədiyi müəyyən edilib.
Gundem.today xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə müavinət və kompensasiya, zərərə görə ödənişdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 50 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNurlan Fətəliyevə yeni vəzifə verildi
Naxçıvan Muxtar Respublikası (MR) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
CəmiyyətLənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən vəzifəli şəxs Cavid Aydın oğlu Nəsirova məxsus ərzaq mağazasında plandankənar yoxlama keçirilib.
CəmiyyətBakıda qəbiristanlıqda DƏHŞƏT: Üçmərtəbəli ev tikdilər, qəbirlər dağıntılar altında qaldı - VİDEO
Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan bir qrup sakin Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, qəsəbə ərazisindəki qəbiristanlıqda son illərdə ciddi problem yaranıb.
CəmiyyətMeteor yağışı müşahidə olunacaq
May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq.