
Niderlandda stüardessa hantavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib.
Hantavirus əlamətləri müşahidə olunan bir qadın cinsli xəstə Amsterdam Universitetinin Tibb Mərkəzinə qəbul edilib.
Gundem.today "Hart van Nederland" nəşrinə istinadla xəbər verir ki, pasiyentin səhhəti hazırda sabitdir və onda virusun xəfif əlamətləri qeydə alınır.
Məlumata görə, Haarlem şəhərindən olan həmin qadın KLM aviaşirkətinin stüardessasıdır. O, Yohannesburq istiqamətində həyata keçirilən reysdə iştirak edib və bu uçuşdan sonra Cənubi Afrika Respublikasındakı xəstəxanada sözügedən infeksiyadan dünyasını dəyişən 69 yaşlı niderlandlı sərnişinlə təmasda olub. Hazırda KLM işçisi tibb müəssisəsində karantinə alınıb və hantavirus üzrə verilmiş analizlərin cavabını gözləyir.
Ümumdünya Səhiyyə Təşkilatı "MV Hondius" adlı kruiz gəmisindəki şəxslər arasında səkkiz nəfərdə hantavirus infeksiyasının təsdiqləndiyini bildirib. Həmin şəxslərin siyahısına Yohannesburqda vəfat edən niderlandlı qadınla yanaşı, dünyasını dəyişmiş daha iki sərnişin də daxildir.
Cənubi Afrika Respublikasının səhiyyə naziri Aaron Motsoaledi yerli ekspertlərin ölüm hallarına yol açan hantavirus növünü aşkar etdiklərini bəyan edib. Müəyyən olunub ki, bu, sıx təmas vasitəsilə insandan insana keçə bilən "Andes" ştammıdır.
Qeyd edək ki, üç həftə öncə Niderland bayrağı ilə hərəkət edən gəmi Argentinanın Uşuaya limanından çıxaraq yekun mənzili olan Kanar adalarına doğru istiqamət götürmüşdü. Səyahət zamanı gəmi Atlantik okeanında yerləşən bir sıra adalarda lövbər salıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRusiya mayın 8-dən 10-dək atəşkəs elan etdi
Rusiya rəhbərliyi Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü ilə bağlı bayram günlərində - 8 may saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) 10 may tarixinədək atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb.
Dünya"HammAli & Navai"nin klipindəki məşhur aktrisanın ölümünə səbəb olan motosikletçi ilə bağlı QƏRAR
Moskvanın Nikulinski Məhkəməsi aktrisa və fotoqraf Kseniya Dobromilovanın ölümü ilə nəticələnən qəzanı törətmiş motosiklet sürücüsü Maksim Zaviryuha barəsində ev dustaqlığı qərarı çıxarıb.
DünyaKruiz gəmisində hantavirus dəhşəti: Ölənlər var, yoluxma sayı artır
Niderlandın İctimai Səhiyyə və Ətraf Mühit üzrə Kral İnstitutu (RIVM) "MV Hondius" kruiz gəmisindən təxliyə olunmuş pasiyentlərdən birində hantavirus infeksiyasının olduğunu təsdiqləyib.
DünyaABŞ-də neft bazarındakı şübhəli əməliyyatlarla bağlı istintaq başlayıb
ABŞ-nin Ədliyyə Nazirliyi Prezident Donald Tramp, eləcə də İranın xarici işlər naziri Abbas Əraqçının Yaxın Şərqdəki münaqişə ilə bağlı mühüm açıqlamalarından əvvəl neft birjasında həyata keçirilən şübhəli ticarət əməliyyatlarını araşdırır.