
Gələn geri dönmür: Tovuzdakı kəndin sirri nədir? - VİDEO
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Tovuz rayonu ərazisində yerləşən Yuxarı Öysüzlü kəndinə səfər edilib.
Yuxarı Öysüzlü kəndi Tovuzun ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. Vaxtilə 6-7 min nəfər əhalisi olan kənddə son illərdə artım müşahidə olunub və əhali sayı 8 mini keçib. Kənd həm geniş ərazisi, həm də zəhmətkeş insanları ilə seçilir.
Veriliş çərçivəsində kənd sakinləri ilə həmsöhbət olunub, onların gündəlik həyatı, sosial problemləri və kəndə bağlılıqları barədə fikirləri öyrənilib. Sakinlər əsas problemlərdən birinin içməli su çatışmazlığı olduğunu bildiriblər.
Kənd sakini Etibar bəyin sözlərinə görə, su xətləri çəkilsə də, hələ də istifadəyə verilməyib:
"Bulaqlar tikilib, xətlər çəkilib, amma su verən yoxdur. Yay gəlir, ən böyük dərdimiz sudur".
Verilişdə kəndin tarixi məkanlarına da baş çəkilib. 1874-cü ilə aid olan kənd məscidi və qədim bəy evləri bu ərazinin mühüm tarixi abidələri kimi təqdim olunub. Bildirilib ki, bu tikililər vaxtilə həm yaşayış evi, həm də məktəb və uşaq evi kimi istifadə edilib.
Kəndin adı ilə bağlı maraqlı məlumatlar da diqqətə çatdırılıb. Əvvəllər "Öksüzlü" adlanan bu yaşayış məntəqəsinin adı zamanla dil dəyişiklikləri nəticəsində "Öysüzlü" formasına düşüb və "evsizlər" mənasını ifadə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda dilənçiliyə qarşı kəskin addım: Cərimə və həbslər nələri dəyişəcək?
Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunur. Layihəyə əsasən, dilənçiliklə məşğul olan şəxslərə xəbərdarlıq ediləcək, yaxud 100-200 manatadək cərimə tətbiq olunacaq. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin kifayət etmədiyi hallarda 10 günədək inzibati həbs tətbiq ediləcək. Yetkinlik yaşına çatmayan şəxslərin dilənçiliyə cə
CəmiyyətXaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik
2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.
CəmiyyətNaxçıvanda avtomobil aşıb: Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Naxçıvanda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətHəftə ərzində gündəm olan məsələlər "Xülasə"də - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.