Son dəqiqə
Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıqGünəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibAfinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıbTürkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTOTutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Gənclər "Urban Hackathon 2026"da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər
Gənclər "Urban Hackathon 2026"da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər
İdman

Gənclər "Urban Hackathon 2026"da dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim ediblər

26 mart 2026
19:30
2 baxış
Paylaş:

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində 13-16 mart tarixlərində təşkil olunan "Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu" uğurla başa çatıb.

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində 13-16 mart tarixlərində təşkil olunan "Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu" uğurla başa çatıb.

Gundem.today xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi ilə baş tutub.

Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın inteqrasiyası və "last-mile" problemləri kimi çağırışlara innovativ və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail olmaqdır.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.

Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.

Final mərhələsində komandalar layihələrini problemin əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli, iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı əsasında qalibləri seçib və mükafatlandırıb.

"Urban Hackathon 2026" gənclərin şəhər inkişafında rolunu gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

FIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırırİdman

FIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır

FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.

Bu gün
02:360
PSJ - "Bavariya" oyununda Çempionlar Liqasının qol rekordu qırıldıİdman

PSJ - "Bavariya" oyununda Çempionlar Liqasının qol rekordu qırıldı

PSJ və "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinalında rekord sayda qol vurublar.

Bu gün
01:440
Harri Keyn Çempionlar Liqasında ingilis futbolçular arasında rekord nəticəyə imza atdıİdman

Harri Keyn Çempionlar Liqasında ingilis futbolçular arasında rekord nəticəyə imza atdı

"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ardıcıl altı matçında qol vuran tarixdəki ilk ingilis futbolçu olub.

Bu gün
01:300
UEFA Çempionlar Liqasının yarımfinalları tarixində ilk yaşandıİdman

UEFA Çempionlar Liqasının yarımfinalları tarixində ilk yaşandı

UEFA Çempionlar Liqasının yarımfinalları tarixində ilk yaşanıb.

Bu gün
01:160