Son dəqiqə
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTORoma Papasından GÖZLƏNİLMƏZ QƏRAR: Keçmiş miqrant ABŞ-də yeparxiya rəhbəri təyin edildiXarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkiblər - FOTO"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTODiplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi və inşa edilən məscidlə tanış olublar - FOTODonald Tramp: "ABŞ Kubanı dərhal öz nəzarətinə alacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Gömrük Məcəlləsində mühüm dəyişikliklər edildi - YENİ QAYDALAR
Gömrük Məcəlləsində mühüm dəyişikliklər edildi - YENİ QAYDALAR
İqtisadiyyat

Gömrük Məcəlləsində mühüm dəyişikliklər edildi - YENİ QAYDALAR

Bu gün
13:25
0 baxış
Paylaş:

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən çox saylı dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən çox saylı dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Gundem.today xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitələri üçün məsul şəxsin təqdim edəcəyi məlumatların siyahısı genişlənir.

Mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Layihədə isə təklif olunur ki, məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları əvvəlcədən gömrük orqanına təqdim etsin.

Həmçinin layihə qəbul olunacağı təqdirdə Azərbaycanda səyyar gömrük auditi aparılacaq.

Belə ki, səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçiriləcək.

Bundan başqa gömrük orqanlarının qanunsuz hərəkətləri nəticəsində vətəndaşa zərər dəyəcəksə, onun əvəzi ödəniləcək.

Sənəddə qeyd olunur ki, gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.

Təklif olunan digər dəyişiklik isə gömrükdən keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilməsi ilə bağlıdır.

Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Layihəyə əsasən Azərbaycanda malların gömrük dəyərin milli valyuta ilə bəyan ediləcək.

Bundan başqa, Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.

Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:

- bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;

- düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;

- gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.

- Həmçinin, qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq.

Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Gömrük_Məcəlləsi#Milli_Məclis#səyyar_gömrük_auditi#bəyannamələrin_ləğvi#gömrük_rəsmiləşdirilməsi#vətəndaşa_təzminat#gömrük_dəyəri#dövlət_mülkiyyəti#idxal_və_ixrac#nəqliyyat_vasitələri.

Oxşar Xəbərlər

Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEOİqtisadiyyat

Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO

Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.

Bu gün
05:000
"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTOİqtisadiyyat

"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTO

Dəyişkən və qeyri-sabit siyasi mühitdə dayanıqlı inkişafı yalnız maddi resurslarla deyil, eyni zamanda milli kadr ehtiyatı, güclü idarəetmə bacarıqları və perspektivli liderlərin formalaşdırılması ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycanda "Yüksəliş" müsabiqəsinin yaradılması dövrün tələblərindən irəli gələn strateji zərurət kimi başa düşülməlidir. Sürətlə dəyişən sosial, siyasi, iqtisadi və texnoloji reallıqlar fonunda dövlət və cəmiyyət üçün yeni düşüncəyə malik, çevik qərarvermə bacarığı o

Bu gün
16:230
Komitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdıİqtisadiyyat

Komitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdı

"Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb".

Bu gün
14:000
Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - Milli Məclis razılıq verdiİqtisadiyyat

Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - Milli Məclis razılıq verdi

İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Bu gün
12:390