
Goranboyda unudulan kənd: Nə normal asfalt var, nə də içməli su - VİDEO
Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində sakinlər yol və içməli su problemi ilə üzləşiblər.
Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində sakinlər yol və içməli su problemi ilə üzləşiblər.
Bu barədə Gundem.today-a kənd sakinləri müraciət ediblər.
Onların sözlərinə görə, dərin çuxurların olduğu yol bərbad vəziyyətdədir.
Sakinlər qeyd edirlər ki, qonşu Sarov kəndinə qədər asfalt yol çəkilsə də, Yəhərçi Qazaxlar kəndi bu prosesdən kənarda qalıb.
Qeyd edək ki, Yəhərçi Qazaxlar kəndi 6 şəhid verib.
Vətəndaşlar, həmçinin susuzluqdan əziyyət çəkirlər. Qeyd olunur ki, kənddə mövcud olan artezian quyuları artıq istismar müddətini başa vurub və faktiki olaraq yararsız vəziyyətə düşüb:
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma nə yol çəkilir, nə də su problemi həll olunur".
Sakinlər problemin uzun müddətdir davam etdiyini bildirərək aidiyyəti qurumlardan məsələyə təcili müdaxilə olunmasını xahiş edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətMəktəblərdəki ağlasığmaz hadisələrin arxasında nə dayanır? - VİDEO
Bakı şəhərində yerləşən 286 nömrəli tam orta məktəbdə yeniyetmənin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması ilə nəticələnən hadisə məktəblərdə psixoloji xidmətin effektivliyi məsələsini yenidən gündəmə gətirib.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir? - FOTO - 22.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətGəncədə fəaliyyət göstərən "Kəpəz-Bazar"da nöqsanlar aşkarlanıb - FOTO
Gəncə şəhərində yerləşən "Kəpəz-Bazar" ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirilib.
CəmiyyətElektron vergi sistemində problem yaranıb - DVX-dən AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində yaranan çətinliklər sahibkarların narazılığına səbəb olub.