Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEO
Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEO
Mədəniyyət

Görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günüdür - FOTO - VİDEO

31 mart 2026
13:26
2 baxış
Paylaş:

Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür.

Bu gün Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri bəstəkar, musiqi xadimi, xanəndə, Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun doğum günüdür.

Gundem.today xatırladır ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar.

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Cənubi Qafqazda ən yaxşı xalq ifaçısı şöhrətini qazanıb.

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl kişi boyaqçı olub. Bu sənəti Cabbara da öyrətmək istəyib. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirib. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edib. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb olub.

Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs olub. O bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradıb ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyub. Onun köhnə qrammofon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir olub. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyub, eyni zamanda, təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırıb, kədərini, qəmini unutdurub.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyük olub. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub.

Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.

Cabbar Qaryağdıoğlunun şairliyi də olub. Bəstəkar kimi mahnılar da qoşub.

O, 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEOMədəniyyət

Zaur Mirzəyev Şuşada yaşayıb-yaratmağın sevincini bölüşdü: "Möhtəşəm əsərlər olacaq" - VİDEO

Hazırda Şuşada yaşayıb-yaradan rəssam Zaur Mirzəyev doğma şəhərə qayıdışın onun həyatında və yaradıcılığında xüsusi önəm daşıdığını deyir.

8 may 2026
15:400
Şəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTOMədəniyyət

Şəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO

Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb.

7 may 2026
17:480
"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılırMədəniyyət

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.

7 may 2026
14:040
Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıbMədəniyyət

Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.

6 may 2026
22:300