Son dəqiqə
Sumqayıtda yataqxanada YANĞIN: Sakinlər təxliyə ediliblər - VİDEONigeriyada epidemiya: Onlarla uşaq öldüSi Cinpin və Tramp arasında keçiriləcək görüşdə əsas müzakirə olunacaq məsələ açıqlandıPaşinyan rusiyalı oliqarxı məhkəməyə verir: "Bir ton göbələyi ona yedizdirəcəyəm"Avstriyada atışma: Ölənlər varLənkəranda ərzaq mağazasında yararsız məhsullar aşkarlanıb - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Şəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO
Şəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO
Mədəniyyət

Şəhər mənzərələrini sənətə çevirən azərbaycanlı rəssam - FOTO

Bu gün
17:48
0 baxış
Paylaş:

Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb.

Uşaqlıq illərindən təsviri sənətə maraq göstərən rəssam Xanlar Əsədullayev 2003-cü ildən peşəkar fəaliyyətə başlayıb.

Gundem.today PhotoStock.az-a istinadən xəbər verir ki, təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecində alıb, daha sonra akademiyanın Təsviri sənət fakültəsinin rəngkarlıq ixtisasını bitirib.

2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun yaradıcılığında əsas ilham mənbəyi işıq və rənglərin harmoniyasıdır. Günəş şüalarının müxtəlif səthlərdə yaratdığı dəyişkənlik, günün ayrı-ayrı saatlarında rənglərin aldığı çalarlar rəssamın əsərlərində xüsusi yer tutur. Şəhər mənzərələri, küçə həyatının sadə, lakin estetik məqamları, həmçinin natürmort kompozisiyaları onun sevdiyi mövzulardandır. Xanlar Əsədullayev əsərlərində impressionist və realist yanaşmanın sintezindən istifadə edir.

Rəng seçimində isə daha çox isti - sarı, narıncı və qızılı çalarlara üstünlük verir. O bu rənglərlə tamaşaçıya sakitlik və nostalji hissləri ötürməyə çalışır. Rəssam üçün tablo üzərində işləyərkən ən vacib məqam kompozisiya və işıq balansıdır. O hesab edir ki, əsər yalnız vizual baxımdan deyil, emosional təsir gücü ilə də yadda qalmalıdır.

Xanlar Əsədullayev yaradıcılığı dövründə bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak edib, xüsusilə Avropa və Türkiyədə keçirilən sərgilər ona əvəzolunmaz təcrübə qazandırıb.

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Azərbaycan_Dövlət_Rəssamlıq_Akademiyası#Azərbaycanlı_rəssam#İncəsənət

Oxşar Xəbərlər

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılırMədəniyyət

"Diri Baba"nı dirçəltmək üçün yarım milyondan çox pul ayrılır

Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.

Bu gün
14:040
Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıbMədəniyyət

Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb

Mayın 6-da BMT-nin Cenevrə bölməsində MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub.

Bu gün
22:300
"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTOMədəniyyət

"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTO

"Araşdırın!" adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil edilib.

Bu gün
16:180
Keçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJMədəniyyət

Keçə sənəti və tarixi dəyərlər: Gənc rəssam Günel Hüseynova ilə FOTOREPORTAJ

Keçəçi rəssam və dizayner Günel Hüseynova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini başa vurduqdan sonra magistr pilləsində oxuyub.

Dünən
16:080