
Göyçay musiqi məktəbi ilə bağlı iddialara RƏSMİ CAVAB: "Qayda pozan müəllimlərə şiddətli töhmət verilib"
Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi ilə bağlı müxtəlif iddialar səsləndirilib.
Bu barədə Gundem.today-a şikayət daxil olub.
İddia edilib ki, Göyçay Uşaq Musiqi Məktəbində keçirilən attestasiyadan sonra müəllimlər arasında dərs saatlarının bölgüsü qeyri-bərabər aparılıb. Belə ki, bəzi müəllimlərə həftəlik 12, digərlərinə isə 30 saat dərs yükü verilib.
Şikayətdə diqqət çəkən məqamlardan biri Bakıda yaşayan və həftədə cəmi bir neçə gün rayonda olan fortepiano müəllimi Aygün Əliyevaya yüksək dərs saatı ayrılması ilə bağlıdır. İddia olunur ki, monitorinqlər aparılsa da, dərslərin üst-üstə düşməsi və digər uyğunsuzluqlar aradan qaldırılmır.
Bundan əlavə, regional idarədə rəhbər vəzifəsini müvəqqəti icra edən Namiq Tarverdiyevin fəaliyyəti ilə bağlı da tənqidlər səsləndirilib. Şikayətçilər onun idarəetmədə nöqsanlara yol verdiyini və edilən müraciətlərə baxmayaraq, məsələyə reaksiya verilmədiyini bildiriblər.
Digər bir iddiaya görə, attestasiyada üzrlü səbəb olmadan iştirak etməyən bəzi müəllimlər - Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova hələ də işlərini davam etdirir və əməkhaqqı alırlar. Bu halın attestasiyadan keçə bilməyən digər müəllimlərin hüquqlarının pozulması kimi qiymətləndirildiyi vurğulanıb.
Gundem.today-ın sorğusuna cavab olaraq Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbindən bildirilib ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin 04.12.2025-ci il tarixli müvafiq əmrinə əsasən, idarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində səmərəliliyin artırılması, əmək və icra intizamına nəzarətin gücləndirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların davamiyyət və bilik səviyyəsinin yoxlanılması məqsədilə yaradılmış monitorinq komissiyası tərəfindən 3, 6, 7, 8 və 16 aprel 2026-cı il tarixlərində məktəbdə monitorinqlər aparılıb.
"Aparılmış yoxlamalar zamanı müraciətdə qeyd edilən məsələlərlə yanaşı, məktəbin ümumi fəaliyyəti də hərtərəfli təhlil olunub.
Monitorinq nəticəsində əmək və icra intizamını pozduğu müəyyən edilən müəllimlər - Rəhman Elşad oğlu Yediyarov, Məleykə Ata qızı İbrahimova, Nərmin Niman qızı Məmmədova, Natavan Süleyman qızı Süleymanova, Aysel Ağakərim qızı Məmmədzadə və Həqiqət Məcid qızı Mahmudova barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq intizam tənbehi kimi töhmət elan edilib.
Eyni zamanda, Elnarə İkram qızı Hüseynova, Asim Seymur oğlu Məmmədov, Səadət Seyran qızı Kərimova, Nəzrin Akif qızı Adıgözəlova, Aybəniz Heydər qızı İslamova və Məzahir İslam oğlu Abbasova yazılı xəbərdarlıq verilib.
Monitorinqin nəticələrinə əsasən, dərsə davamiyyəti zəif olan 10 şagird qanunvericiliyin tələbləri gözlənilməklə məktəbdən xaric edilib.
Bununla yanaşı, müraciətdə adları qeyd edilən Zərifə Hüseynova, Elnarə Hüseynova və Samirə Əhmədova attestasiya imtahanında üzrsüz səbəbdən iştirak etmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət alıblar. Zərifə Hüseynova isə 4 may 2026-cı il tarixindən etibarən məktəbin Nəzəriyyə şöbə müdiri vəzifəsindən kənarlaşdırılıb.
Həmçinin məktəbdə keçirilən pedaqoji şura iclasında yolverilməz ifadələrə yol verdiyinə görə violin ixtisası üzrə müəllim Aygün Cahangir qızı Mahmudovaya məktəbin 4 may 2026-cı il tarixli 70 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Qeyd edirik ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi haqqında Əsasnaməyə uyğun olaraq, tabeliyində olan müəssisələrdə mütəmadi monitorinqlər keçirilir, fəaliyyət qiymətləndirilir və aşkar edilən nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı-Quba-Rusiya sərhədi ödənişli yolunda sürət həddinə nəzarət gücləndirilir
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.
CəmiyyətNaxçıvanda su xəttində qəza baş verib
Naxçıvan şəhərində magistral su xəttində baş vermiş qəza səbəbindən bəzi ərazilərin su təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah (7 may) saat 10:00-dan etibarən Şəmkir rayonunun Qılıncbəyli, Qaracəmirli, Qaralar, Ağlavaşlı kəndlərinin həmçinin Daşkəsən rayonunun Yuxarı Daşkəsən, Alunitdağ, Mədənçilər qəsəbələrinin və Mollahəsənli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
CəmiyyətGəncədə uşaq bağçasında tərbiyəçi azyaşlıları təhqir etdi: Qurumdan rəsmi reaksiya - VİDEO
Gəncədə uşaqların təhqir olunduğu kadrların qeydə alındığı məktəbəqədər təhsil müəssisəsi özəl bağçadır.