
Gözlərini yumaraq burnunun ucuna toxuna bilmirsənsə, içki satılmayacaq: Tailandda əcaib qaydalar
Tailandda spirtli içki satıcılarına müştərilərin sərxoş olub-olmadığını yoxlamağa və sərxoş müştərilərə spirtli içki satmaqdan imtina etməyə imkan verən qərar rəsmi olaraq təsdiqlənib.
Tailandda spirtli içki satıcılarına müştərilərin sərxoş olub-olmadığını yoxlamağa və sərxoş müştərilərə spirtli içki satmaqdan imtina etməyə imkan verən qərar rəsmi olaraq təsdiqlənib.
Gundem.today "KP.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildiriş yayıb.
Tailandda sərxoş müştərilərə spirtli içki satışı uzun müddətdir qadağan edilsə də, artıq sərxoşluğun konkret meyarları müəyyən edilib və mağaza, eləcə də bar işçiləri tərəfindən istifadə edilə biləcək üç əsas test təsdiqlənib.
Belə ki, test zamanı müştəridən gözlərini yumaraq burnunun ucuna toxunması, düz xətt üzrə bir neçə metr irəliləyib geri qayıtması və ya bir ayağını ən azı 15 santimetr qaldıraraq digər ayağı üzərində 30 saniyə dayanması tələb olunur. Bu tapşırıqları yerinə yetirə bilmədiyi halda, ona spirtli içki satışı rədd edilə bilər.
Bundan əlavə, sərxoşluq əlamətlərinə spirtli içki qoxusu, nitq pozuntuları, yerişin qeyri-sabitliyi, gözlərin qızarması, eləcə də əhvali-ruhiyyənin qəfil dəyişməsi, aqressivlik və diqqətin azalması daxildir. Mağazalarda və barlarda spirtli içki satışı qaydalarının pozulması halında böyük məbləğdə cərimələr nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaPentaqonun rəsmi saytında yadplanetlilərlə bağlı məlumatlar yerləşdirilib - FOTO
ABŞ-nin Müdafiə Nazirliyi naməlum uçan obyektlərə (UNO) dair arxiv sənədlərini ictimaiyyətə açıqlayıb.
DünyaABŞ-nin Kuba ilə bağlı planı bəlli oldu
"ABŞ hakimiyyəti hazırda Kubaya qarşı hərbi əməliyyatlar keçirilməyi planlaşdırmır".
DünyaABŞ hərbçiləri İran gəmisini vurub: 10 iranlı dənizçi xəsarət alıb
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Oman körfəzi sularında mülki yük gəmisinə gecə saatlarında endirdiyi zərbə nəticəsində azı 10 İran dənizçisi xəsarət alıb, daha beş nəfər isə itkin düşüb.