
Həsən Əliyev və Tbilisi prospektinin kəsişməsində YENİLİK - VİDEO
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.
Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə işıqforlarla tənzimlənəcək.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb:
"7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd işıqfor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir. Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətRəşad Əhmədəliyev vəzifəsindən AZAD OLUNDU - Şəhid ailələrinin problemlərini HƏLL ETMİRMİŞ
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Memarlıq və Şəhərsalma idarəsinin rəisini vəzifəsindən azad edib.
CəmiyyətErmənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM
"Bu gün Beynəlxalq Mədəniyyət Günüdür. Günümüzə qədər gəlib çıxan, Qubadakı 18-19-cu əsrlərə aid Çuxur hamamından danışmaq yerinə düşər".
Cəmiyyət"Təcili yardım belə gəlmir" - Qəsəbə sakinləri yol problemindən gileyləndilər - VİDEO
Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yerləşən və Milli Qəhrəman Şikar Şikarovun adını daşıyan küçənin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
CəmiyyətAzərbaycanda Şimali Kipr günləri keçiriləcək
İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.