
Hikmət Hacıyev: "Azərbaycan əvvəldən regional sahiblik konsepsiyasının qətiyyətli müdafiəçisi olub" - FOTO
"Antalya Diplomatiya Forumu çərçivəsində "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda çıxış etməkdən qürur duyuram".
"Antalya Diplomatiya Forumu çərçivəsində "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda çıxış etməkdən qürur duyuram".
Gundem.today xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu ilə bağlı sosial media hesabındakı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə inamın sarsıldığı və qütbləşmənin dərinləşdiyi indiki dövrdə regional sahiblik artıq strateji bir zərurət və məsuliyyətə çevrilib.
"Bizim baxış bucağımızda bu yanaşma həm də regional liderliyi, inklüzivliyi və ortaq məsuliyyəti əhatə edir. Azərbaycan əvvəldən regional sahiblik konsepsiyasının qətiyyətli müdafiəçisi olub. Regional təhlükəsizliyin əsası kimi çıxış edən Azərbaycan-Türkiyə müttəfiqliyindən başlayaraq, Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli formatlar, eləcə də qonşu bölgələrlə daha geniş əlaqələr qurulması istiqamətindəki səylərimiz institusional regional əməkdaşlığın sabitlik və rifahı necə təmin etdiyini bariz şəkildə göstərir", - deyə Prezidentin köməkçisi bildirib.
Honored to speak at #ADF2026 on “Role of Regional Ownership in a Transforming World.”In an era of growing polarization and declining trust in international relations, regional ownership has become a strategic necessity and responsibility. For us it also consists of regional… pic.twitter.com/MSCEWSXZVo
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAvropanın daha bir ölkəsi nüvə dövlətinə çevrilir: Regionda yeni vəziyyət yaranır - VİDEO
Polşa Avropada nüvə təhlükəsizliyi üzrə əməkdaşlığı genişləndirməyi hədəfləyən Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşulub.
Siyasətİnformasiya cəbhəsində "süni intellekt savaşı": İranın satirik videoları nəyi hədəfləyir? - VİDEO
ABŞ-İran qarşıdurması təkcə diplomatik masada və meydanda davam etmir.
SiyasətQalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? - VİDEO
İran ətrafında baş verən son hadisələr bir daha göstərir ki, Tehran üçün danışıqlar yalnız diplomatik proses yox, həm də ciddi siyasi və psixoloji oyundur. İlk baxışdan ziddiyyətli görünən iki mesaja diqqət yetirək. Bir tərəfdən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirir ki, ölkə "təhdid kölgəsi altında" ABŞ ilə danışıqlara getməyəcək. Digər tərəfdən isə İranın yeni Ali Lideri Müctəba Xamenei İslamabadda keçiriləcək danışıqlara "yaşıl işıq" yandırır.
SiyasətKaya Kallas: "Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşıdır"
"Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, Avropa Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyində strateji dərəcədə maraqlıdır".