
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb - FOTO
Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.
Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub.
Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb.
Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.
Ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.
Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.
Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi olduqca vacibdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİslamabadda danışıqlar uğursuz olarsa, nə baş verəcək? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
SiyasətAreq Koçinyan: "Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər"
"Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə aparmaq üçün çoxlu mövzuları var".
SiyasətFərhad Məmmədov: "Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur"
"Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur".
SiyasətPrezident İlham Əliyevin Tbilisidə Gürcüstan baş naziri ilə görüşündən EKSKLÜZİV GÖRÜNTÜLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən eksklüziv görüntülər yayılıb.