Son dəqiqə
Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTOABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdiGəncə Gömrük İdarəsinə yeni rəis təyin edildiİngiltərə Premyer Liqasında SENSASİYA: Lider "Arsenal" evdə "Bornmut"a uduzdu - VİDEOBu gün paytaxtda 550 küçə yuyulubTramp: "Hörmüz boğazının minalardan təmizlənməsinə başlayırıq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi
Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi
Cəmiyyət

Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi

Bu gün
17:24
1 baxış
Paylaş:

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Gundem.today xəbər verir ki, forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər.

Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.

Belə ki, forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər.

Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib.

Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönələn layihələri əhatə edir.

Yekunda SIFE kateqoriyası üzrə "DuoWipe" layihəsinə 1 330 manat, "6 scents"ə 1 450 manat, "Volex"ə 1 260 manat, "Le Pass"a 2 200 manat, "Ash&Aura"yə 1 530 manat, "Nakhishli"yə 1 825 manat qrant ayrılıb.

Forumun münsifləri "Choco Bricks" layihəsinə 1 720 manat, "Gadget Bag"ə 990 manat, "Melt Belt"ə 1 130 manat, "The Cube" 1 100 manat və "SmellWell"ə 1 150 manat qrant ayrılması ilə bağlı qərar verib.

SAGE kateqoriyası üzrə isə "Land of Legacy by Karabakh" layihəsinə 3 230 manat, "Risetia"ya 1 615 manat, "Jorably"yə 2 730 manat, "İrs Bows"a 2 685 manat, "Silque"yə 2 230 manat, "Sea-tea Library"yə 2 045 manat, "Wipey"yə 1 045 manat, "Noosh"a 1 575 manat və "Yurdsip"ə 1 060 manat qrant ayrılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#startap_forumu#gənc_startapçılar#uşaqlar_üçün_biznes#yeniyetmələr_üçün_startap#SIFE_kateqoriyası#SAGE_kateqoriyası#biznes_layihələri#qrant_alan_layihələr#sahibkarlıq_təhsili#innovativ_ideyalar#Azərbaycanda_startaplar

Oxşar Xəbərlər

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTOCəmiyyət

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsi ucaldılıb.

Bu gün
19:000
Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildiCəmiyyət

Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi

Dövlət Gömrük Komitəsində rəhbər vəzifəyə kadr dəyişikliyi həyata keçirilib.

Bu gün
18:480
Bu gün paytaxtda 550 küçə yuyulubCəmiyyət

Bu gün paytaxtda 550 küçə yuyulub

"Aprelin 11-də Bakının kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib".

Bu gün
18:240
Keçmiş ədliyyə naziri vəfat edib - FOTOCəmiyyət

Keçmiş ədliyyə naziri vəfat edib - FOTO

Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.

Bu gün
17:400