
Hindistanda telefonla onlayn doğuş: Ana və körpəsi öldülər
Hindistanda həkimin telefon vasitəsilə göstərişlər verdiyi doğuş prosesi zamanı ana və onun yeni doğulmuş övladı həyatlarını itiriblər.
Hindistanda həkimin telefon vasitəsilə göstərişlər verdiyi doğuş prosesi zamanı ana və onun yeni doğulmuş övladı həyatlarını itiriblər.
Gundem.today xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Vəfat edən qadının həyat yoldaşı Sureş Yadav bildirib ki, Soni Yadav doğuş ağrıları başlayan kimi dərhal tibb müəssisəsinə gətirilib. Həkim Ancali Srivastava ilk olaraq xəstənin səhhətinin qaydasında olduğunu qeyd edib.
Ancaq doğuş prosesində ixtisaslı tibb personalı iştirak etməyib və prosedur həkimin telefonla verdiyi təlimatlar əsasında təcrübəsi olmayan xəstəxana işçisi tərəfindən icra olunub.
Müdaxiləyə başlanıldıqdan otuz dəqiqə sonra körpə vəfat edib, ananın səhhəti isə kəskin şəkildə ağırlaşıb. Pasiyent digər tibb müəssisəsinə aparılsa da, onun həyatını xilas etmək cəhdləri nəticəsiz qalıb.
İnsidentdən sonra Səhiyyə Nazirliyi tərəfindən təftiş həyata keçirilib. Yoxlama nəticəsində məlum olub ki, xəstəxanada heç bir həkim və ya peşəkar tibb işçisi yoxdur.
Bunun ardınca sözügedən xəstəxana fəaliyyətini dayandırıb və oradakı bütün pasiyentlər başqa klinikalara yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı istintaq davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".