
Hindistanlı sahibkar həmyerlisini qabaqlayaraq Asiyanın ƏN VARLI ADAMI oldu
Hindistanlı iş adamı Qautama Adani 92.6 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsi olub.
Hindistanlı iş adamı Qautama Adani 92.6 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı şəxsi olub.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən sahibkar dünya üzrə ən zəngin insanların sıralamasında 19-cu yerə yüksəlib.
Adani asiyalı milyarderlərin reytinqində birinci yerdə mövqe tutan hindistanlı sahibkar Mukeş Ambanini (90.8 milyard dollar) qabaqlaya bilib.
2026-cı ildə fond bazarlarında səhm məzənnələrinin kəskin dəyişməsi səbəbindən Adaninin "Adani Group" konqlomeratının aktivləri 8.1 milyard dollar artıb. Ambaninin "Reliance Industries" konserni isə 16.9 milyard dollar itirib.
Dəyişkən dinamikanı Bombey Fond Birjasında keçirilən ticarət sessiyası da təsdiqləyib. Burada "Adani Group"un qiymətli kağızlarının dəyəri yenidən kəskin yüksəlib və nəticədə Adaninin sərvəti bir gündə 3.6 milyard dollar artıb. "The Economic Times" nəşrinin məlumatına görə, Adani və Ambaninin sərvətlərindəki kəskin dəyişikliklər Hindistanın baza indekslərinin düşməsi fonunda baş verib. Bu da Yaxın Şərqdəki münaqişə nəticəsində ticarət gərginliyinin artması, neft tədarük zəncirlərindəki fasilələr və ABŞ-nin qeyri-müəyyən tarif siyasəti səbəbindən qlobal bazarın zəifliyini əks etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə təhlükəli anlar: Yük maşınındakı konteyner havaya uçdu - FOTO - VİDEO
Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda güclü fırtına hərəkət halında olan yük maşınındakı konteyneri uçurub.
DünyaTehrandan Ağ Evin tələblərinə sərt reaksiya: İran yorucu və faydasız danışıqlara vaxt itirməyəcək
İran hələ ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib.
DünyaNATO Baş katibi Mark Rutte ABŞ-nin alyansdan çıxacağına inanmır
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantika Alyansı Təşkilatını həqiqətən tərk edə biləcəyinə şübhə ilə yanaşır.
DünyaKüveyt hava məkanı ilə bağlı qərar
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.