
Hörmüz boğazı açılıb?
Hörmüz boğazından keçən gəmilərin sayında nəzərəçarpan artım qeydə alınıb.
Hörmüz boğazından keçən gəmilərin sayında nəzərəçarpan artım qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə "Al Jazeera" "Windward"a istinadən məlumat yayıb. Bildirilib ki, çərşənbə günü boğazdan keçən su nəqliyyatı vasitələrinin sayı 16-ya yüksəlib.
"Onların hamısı İranın Larak adası yaxınlığındakı marşrutla irəliləyib. Bu, həmin göstəricidə artımın qeydə alındığı ardıcıl üçüncü gündür", - deyə açıqlamada qeyd olunub.
"Windward" hesab edir ki, boğazdan tranzit fəaliyyəti yaxın günlərdə daha da arta bilər.
"Al Jazeera"nin məlumatına görə, bu tendensiyaya baxmayaraq, Hörmüz boğazında göstərici aşağı olaraq qalır.
Bildirilib ki, Yaxın Şərq münaqişəsi başlamazdan əvvəl boğazdan hər gün təxminən 130 gəmi keçib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".