
Hörmüz boğazında daha bir gəmi VURULDU
Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
Omanın şimal-şərq istiqamətində hərəkət edən konteyner gəmisi naməlum istiqamətdən hücuma məruz qalıb.
Gundem.today xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) açıqlamasında öz əksini tapıb.
"UKMTO Omanın şimal-şərqindən 25 dəniz mili uzaqlıqda baş verən hadisə ilə bağlı bildiriş alıb. Konteyner gəmisi mənşəyi bilinməyən mərmi ilə vurulub və nəticədə gəmidəki bəzi konteynerlərə ziyan dəyib", - deyə açıqlamada qeyd olunub.
Hörmüz boğazında hücuma məruz qalan gəmilərin hansı ölkəyə aid olduğu müəyyənləşib.
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"İki Hindistan tankeri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən Hörmüz boğazından qərbə doğru geri çəkilməyə məcbur edilib. Hadisə zamanı atışma da baş verib", - deyə qeyd edilib.
Məlumata görə, Hindistan bayrağı altında üzən tankerlərdən biri 2 milyon barel İraq nefti daşıyırdı.
Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, gəmilər və ekipaj üzvləri heç bir zədə və xəsarət almayıblar.
Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa etdiyini açıqlayıb. Qərargahdan xüsusi olaraq vurğulanıb ki, ABŞ tərəfi İran gəmilərinin keçidinə mane olmağa son qoymayana qədər Hörmüz boğazındakı vəziyyət ciddi nəzarət altında qalmaqda davam edəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaRəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumu çərçivəsində İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
DünyaKiyevdə baş vermiş atışma nəticəsində ölən və yaralananların sayı artıb
Kiyevdə baş verən atışma nəticəsində beş nəfər ölüb, 10 nəfər yaralanıb.
Dünyaİran ABŞ-dən yeni təkliflər aldığını açıqladı
İran ABŞ-dən Pakistan vasitəsilə danışıqlar üçün yeni təklifləri alıb və hazırda bunlar nəzərdən keçirilir.
DünyaAmerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir
ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.