
Hörmüz boğazında gərginlik artır: SEPAH iki gəmini saxladı
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı ərazisində iki konteyner gəmisini saxlayıb.
Gundem.today IRNA agentliyinə istinadən xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri boğazın akvatoriyasında monitorinq sistemləri vasitəsilə "qaydaları pozan iki gəmini" - İsraillə əlaqəli "MSC Francesca" və "Epaminondas" gəmilərini "aşkar edib və saxlayıb".
İran tərəfinin iddiasına görə, onlar icazə olmadan boğazdan gizli keçməyə cəhd edir, naviqasiya avadanlığını qəsdən sıradan çıxarır və təkrarən pozuntular törədirdilər.
Aprelin 24-də "Tasnim" agentliyi Liberiya bayrağı altında üzən "Epaminondas" konteyner gəmisinin saxlanıldığı barədə məlumat vermişdi.
Qeyd edək ki, bu ABŞ ordusu da regionda İranın "kölgə donanması"na məxsus gəmini saxlamışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan atışmadan sonra ilk açıqlama: "Yaxşı vəziyyətdəyəm"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda baş verən atışma zamanı təhlükəsizlik əməkdaşlarının işini yüksək qiymətləndirib.
Dünyaİran XİN rəhbəri İslamabada gedib
İranın xarici işlər naziri Abbas Əraqçı İslamabada gedib. O, Pakistan rəhbərliyi ilə qısa görüşdən sonra Moskvaya yola düşəcək.
DünyaTrampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı yeni detal üzə çıxdı
Vaşinqtonda prezidentin də iştirak etdiyi tədbirdə atəş açan şəxsin silahı son illər ərzində qanuni şəkildə əldə etdiyi bildirilib.
Dünya"Haber Global" İlham Əliyevin sülh mükafatı ilə təltif olunmasına dair süjet hazırladı - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb.