
Hörmüz boğazından keçərkən partladılan gəmidə insan qalıqları tapıldı
Hörmüz boğazında baş verən partlayış nəticəsində məhv edilmiş Tailandın "Mayuree Naree" gəmisində insan qalıqları aşkar edilib.
Hörmüz boğazında baş verən partlayış nəticəsində məhv edilmiş Tailandın "Mayuree Naree" gəmisində insan qalıqları aşkar edilib.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tailand Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Bu gün nazirlik "Mayuree Naree" gəmisinin sahibi "Precious Shipping PLC" şirkətindən məlumat alıb ki, axtarış-xilasetmə qrupu ikinci dəfə gəminin göyərtəsinə qalxıb və şərtlər imkan verdiyi qədər əlçatan hissələrində ətraflı yoxlama aparıb. Çünki gəmi yanğın nəticəsində zədələnib, mühərrik kabinəsi və bitişik bölmələri batıb. Qrup gəminin göyərtəsində zədələnmiş zonada insan qalıqları aşkar edib, lakin hələlik onları yoxlaya və ya identifikasiya edə bilməyib. Şirkət artıq ekipaj üzvlərinin ailələrinə xəbər verib", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl Tailand Dənizçilik Departamenti martın 11-də "Mayuree Naree" gəmisinin Hörmüz boğazından keçərkən arxa hissəsində partlayış baş verdiyi barədə məlumat aldığını bildirmişdi. Gəminin göyərtəsində 23 ekipaj üzvü olub və onlardan 20-si Omanın Xasab limanına çatdırılıb. Həmin tailandlı dənizçilər təxliyə edilərək vətənlərinə qayıdıblar. Üç nəfər itkin düşmüş hesab olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.
DünyaABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandı
ABŞ Silahlı Qüvvələri altıncı nəsil "F-47" qırıcısının sürətləndirilmiş şəkildə hazırlanmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Məqsəd prototipin ilk uçuşunun 2028-ci ildə həyata keçirilməsidir.
DünyaTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Dünya"Qiyamət günü saatı" xəbərdarlığı: İrana qarşı nüvə silahından istifadə ehtimalı nə qədərdir?
"ABŞ və ya İsrail tərəfindən İrana qarşı nüvə silahından istifadə ehtimalı aşağı olaraq qalır".