
Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" - VİDEO
Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.
Bakıda Hövsan istiqamətinə işləyən sərnişin avtobuslarının dayanacaqda dayanmaması narazılığa səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 120 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar "Hökumət evi"nin qarşısındakı dayanacaqda dayanmırlar.
Gundem.today-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, "BakuBus" MMC-nin istismarında olan 1, 2, 4, 10, 20, 32, 46, 88A və 120 nömrəli marşrut xətləri Pușkin küçəsi istiqamətindən Neftçilər prospektinə doğru hərəkət edərkən Hökumət Evi yanında yerləşən dayanacağa daxil olurlar.
"Qeyd olunan dayanacağa daxil olmaları ilə bağlı sürücülərə mütəmadi olaraq xəbərdaredici SMS-lər göndərilir və bu məsələ daimi nəzarətdə saxlanılır. Sorğunuzda hadisənin dəqiq tarix və saatı qeyd olunmadığından konkret fakt üzrə araşdırma aparmaq mümkün olmadı. Bununla belə bildiririk ki, sürücü tərəfindən dayanacağa daxil olmama halı aşkar edildiyi təqdirdə, həmin sürücü barəsində müvafiq tədbir görülür. Bütün sürücülərimizə yenidən müvafiq sms xəbərdarlıq göndərildi", - deyə Ə.Əliyeva bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda ilk dəfə çərpələng festivalı keçirildi - VİDEO
Azərbaycanda ilk dəfə böyük miqyasda çərpələng festivalı təşkil olunub. Qeyd edək ki, bu festival iştirakçıların böyük sevincinə və yüksək əhvali-ruhiyyəsinə səbəb olub.
CəmiyyətDəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında dermatoloji problemlər barədə müzakirə aparılıb.
CəmiyyətTürkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub - FOTO
Aprelin 18-də Türkiyə Ali Məhkəməsinin hakimi, Aparat rəhbəri Mehmet Fatih Belviranlı və onun rəhbərlik etdiyi nümayəndə heyəti Xankəndi şəhərinə səfər edib.
CəmiyyətBakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.