Son dəqiqə
BƏƏ-də həyəcan siqnalı verilir: Dubay və Şarcaya aviareyslərdə ləngimələr varAlmaniyada avtomobil piyadalara çırpıldı: Ölənlər və yaralananlar var - VİDEOYetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olunduAli Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdiCorcia Meloninin səfəri Azərbaycana nə vəd edir?BƏƏ-də neft kompleksinə PUA hücumu: Xəsarət alanlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub
ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub
Siyasət

ICESCO-nun qərargahında "Natəvan Mədəni İrs Mükafatı"nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub

Bu gün
20:16
0 baxış
Paylaş:

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən "İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı"nın ("Natavan Heritage Excellence Award") ilk təqdimat mərasimi olub.

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən "İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı"nın ("Natavan Heritage Excellence Award") ilk təqdimat mərasimi olub.

2025-ci ildə təsis olunan və Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə adlandırılan mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək baxımından əhəmiyyət daşıyır. "Natəvan Mədəni İrs Mükafatı" ölkəmizin milli dəyərlərinin qorunmasını, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində də xüsusi rol oynayır. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat, həmçinin azərbaycanlı şairənin xatirəsinə ehtiram olmaqla, Qarabağın zəngin mədəni irsini yaşadır.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İordaniya şahzadəsi, Petra Milli İnam Fondunun prezidenti, Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının vitse-prezidenti Dana Firas iştirak ediblər.

İki ildən bir təqdim ediləcək "Natəvan Mədəni İrs Mükafatı" iki kateqoriyada - fərdi və layihə kateqoriyalarında qaliblərə verilir. Şərtlərə görə, layihə ICESCO-ya üzv ölkələrdən birində reallaşmalı, maddi-mədəni irsin qorunmasına və bərpasına yönəlməlidir.

Bu dəfə mükafata ICESCO-ya üzv ölkələrdən çoxsaylı müraciətlər daxil olmuş və onlardan 54-ü baxılmaq üçün qəbul edilmişdi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə "Layihə kateqoriyası" üzrə "Hebron/Əl-Xəlil Köhnə Şəhər Dükanlarının Bərpası: irsin qorunması və yerli iqtisadiyyatın canlandırılması üçün inteqrə olunmuş model" layihəsi üzrə Hebron Reabilitasiya Komitəsi (Fələstin) seçilib. Hebron/Əl-Xəlil köhnə şəhəri, o cümlədən İbrahim məscidi 2017-ci ildə UNESCO-nun Təhlükə Altında Olan Dünya İrs Siyahısına daxil edilib. Həmçinin 2020-ci ildə ICESCO-nun İslam Dünyası İrs Siyahısına salınıb və 2027-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

"Fərdi müraciət" üzrə isə İraq vətəndaşı Əyyub Thanun Yunis Əl-Faris qalib olub. Mosul İrs Fondunun təsisçisi və prezidenti olan Əyyub Thanun Yunis Əl-Faris İslam dünyasında ən çox zərər görmüş şəhər irsi mühitlərindən birində "irsin davamlılığı"nın nümunəsini göstərir. O, "Böhran dövründə mədəni irs üçün ilkin yardım" və "Dünya İrsi Gənc Peşəkarlar Proqramı" üzrə ixtisaslaşmış təlimlər keçib, UNESCO-nun Mosul təşəbbüsü üzrə səfiridir. Gənc mütəxəssis kimi onun bütün səyləri münaqişədən sonrakı çoxmillətli mühitdə kimliyin və sosial birliyin bərpasına yönəlib.

"İslam dünyasında münaqişə və münaqişədən sonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfransda çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanla ICESCO arasında əlaqələr, o cümlədən 2024-cü ildə Şuşada Heydər Əliyev Fondu ilə ICESCO arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq layihələri barədə danışıb. O, multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" seçildiyini, bunun ardından isə 2025-ci ildə ICESCO çərçivəsində "Natəvan Mədəni İrs Mükafatı"nın təsis olunmasının xüsusi əhəmiyyətini qeyd edib. ICESCO ilə səmərəli əməkdaşlıqda Azərbaycan Prezidenti İlham Əliyevin və ICESCO-nun xoşməramlı səfiri qismində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səylərinin bilavasitə rol oynadığı qeyd olunub.

Çıxış zamanı müasir dünyada baş verən çoxsaylı münaqişələr fövqündə İslam aləmində mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunulub, bu istiqamətdə Heydər Əliyev Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verilib. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında dağıdılmış mədəni irs nümunələrinin bərpası istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa edilən tarixi abidələr, məscidlər barədə məlumat verilib.

Qeyd edilib ki, həyata keçirilən layihələr yalnız ölkə daxilini əhatə etmir. Fond beynəlxalq miqyasda, eləcə də Afrika qitəsində fəal iştirak edir. Xüsusilə ICESCO ilə əməkdaşlıq çərçivəsində Burkina-Fasoda və digər ölkələrdə təhsil sahəsində müxtəlif layihələr uğurla icra olunub.

Vurğulanıb ki, Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Xurşidbanu Natəvanın adını daşıyan mükafat mədəni irsin qorunmasında seçilən şəxslərə verilir. Xurşidbanu Natəvan öz həyatını Qarabağın çiçəklənməsinə həsr edib. O, yalnız poeziya və ədəbiyyat sahələrində deyil, həm də cəmiyyətin inkişafında mühüm rol oynayıb, xeyriyyəçilik fəaliyyəti ilə yadda qalıb.

#Siyasət#Anar_Ələkbərov#Heydər_Əliyev_Fondu#İslam_Dünyası_Təhsil#Elm_və_Mədəniyyət_Təşkilatı_(ICESCO)

Oxşar Xəbərlər

Corcia Meloninin səfəri Azərbaycana nə vəd edir?Siyasət

Corcia Meloninin səfəri Azərbaycana nə vəd edir?

Pərviz Heydərov yazır...

Bu gün
20:360
Corcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"Siyasət

Corcia Meloni: "Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək"

"Əminəm ki, İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək və daha yüksək səviyyələrə qalxacaq".

Bu gün
20:260
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblərSiyasət

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər.

Bu gün
20:140
Naxçıvan MSK-nın vəzifələri artırılırSiyasət

Naxçıvan MSK-nın vəzifələri artırılır

"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Qanuna dəyişiklik olunur.

Bu gün
20:120