
İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT
"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."
"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."
Gundem.today xəbər verir ki, bu məlumat "K Group" MMC ("BakıKart"), "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-nin birgə açıqlamasında yer alıb.
Qeyd olunub ki, gecikmə ilə tutulmanın səbəbi ictimai nəqliyyatda tətbiq olunan gecikdirilmiş avtorizasiya prinsipi ilə bağlıdır.
"Bu səbəbdən edilən gedişlər üzrə ödənişlər kartlardan dərhal deyil, müəyyən zaman intervalı ilə çıxılır və bəzi hallarda istifadəçilərə ardıcıl və ya təkrarlanan çıxılma kimi görünə bilər. Əslində isə hər bir gediş ayrıca və düzgün şəkildə emal olunur.
Hazırda müşahidə olunan "ardıcıl vəsait çıxılması" halları 24, 25, 26 və 27 aprel tarixlərində həyata keçirilmiş gedişlərə görə ödənişlərin gecikmə ilə emal olunması ilə bağlıdır. Yəni kartdan hazırda çıxılan məbləğlər cari günə aid deyil, qeyd olunan tarixlərdə istifadə olunmuş gedişlərə aiddir.
Bu kimi hallarla qarşılaşan sərnişinlərə bank kartlarının əməliyyat tarixçəsini yoxlamaları tövsiyə olunur.
Qeyd edirik ki, sistem yalnız faktiki istifadə olunan gedişlər üzrə vəsait tutur və heç bir halda əlavə və ya artıq məbləğin silinməsi baş vermir.
Layihənin operatoru "BakıKart"dır. Mövzu ilə bağlı suallar yarandığı təqdirdə "BakıKart"a birbaşa müraciət edə bilərsiniz. Operativ araşdırma aparılaraq əlavə məlumat təqdim olunacaq", - deyə məlumatda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTO
Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır.
CəmiyyətSaleh Məmmədov pul ayırmadı: Aylardır maaşsız qaldılar - FOTO
Azərbaycan həndbol komandaları üç aydır ki, maaş almırlar.
CəmiyyətXəstələr Sabunçu müalicə müəssisəsindən qaçıblar? - RƏSMİ CAVAB
Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb.
CəmiyyətSabirabadda Kür çayı məcrasından çıxdı
Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.