
"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.
23-25 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Fibonaççi Avrasiya Robot Olimpiadasında iştirak edən "İDSchool" şagirdləri Azərbaycanı təmsil edərək öz bilik və bacarıqlarını beynəlxalq platformada nümayiş etdirirlər.
Qeyd edək ki, "İDSchool" komandaları bu yarışa uğurlu nəticələrlə yollanıb. Belə ki, 7-8 mart tarixlərində Bakıda keçirilən Fibonaççi Beynəlxalq Robot Olimpiadasında mərkəz 7 komanda ilə iştirak edib və 6 müxtəlif mükafat qazanıb. Şagirdlərin nümayiş etdirdiyi texniki biliklər, yaradıcı yanaşma və komanda işi onların yüksək səviyyəli hazırlığını bir daha təsdiqləyib.
"İDSchool" layihəsi "İDTech" şirkətinin tərkibində fəaliyyət göstərir və 8-16 yaşlı uşaqlar üçün müasir İT sahələri üzrə tədris proqramları təqdim edir. Tədris çərçivəsində şagirdlər robototexnika, proqramlaşdırma, dron mühəndisliyi, kibertəhlükəsizlik və süni intellekt kimi istiqamətlərdə praktiki bilik və bacarıqlar əldə edirlər.
"İDSchool"un beynəlxalq yarışlarda davamlı iştirakı və əldə etdiyi nailiyyətlər ölkəmizdə texnoloji təhsilin inkişafına verilən töhfə olmaqla yanaşı, gələcək nəsil mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayır.
Ünvan: "Park Azure" ikinci mərtəbə, Afiyəddin Cəlilov küç.
Tel: +99410 333 1314
"Instagram": idschool.az
Veb-sayt: idschool.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"BRAVO": 10 İlin Parıltısı
"BRAVO" "10 İlin Parıltısı" adlı yubiley tədbiri təşkil edib. Tədbir "BRAVO" marketlər şəbəkəsinin 10 illik fəaliyyət yoluna, əldə etdiyi nailiyyətlərə və gələcək inkişaf hədəflərinə həsr edilib.
Digər"Araz" supermarketlər şəbəkəsindən "Bir kitab, min dünya" təşəbbüsü
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə "Bir kitab, min dünya" layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
Digərİsmayıllıda lotereyada 100 000 manat uduldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.
Digər"Nar" Kitab gününü Salyanda qeyd edib
Sərfəli mobil operator "Nar" 23 aprel Beynəlxalq Kitab Günü münasibətilə ölkənin bölgələrində maarifləndirici təşəbbüslərini davam etdirərək növbəti layihəsini uğurla həyata keçirib.