Son dəqiqə
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - VİDEODövlət torpaqlarının icarə haqqının hesablanma qaydası müəyyənləşib - FOTOEtibarsız nikah hansı halda etibarlı sayılır? - Ali Məhkəmədən MÜHÜM QƏRARMakronun Qafqaz macərası: Erməni alqışı və türk şapalağı - FOTOFHN polkovnikinin Quba arzusu ürəyində qaldı - FOTOAğsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Əraziyə mütəxəssislər cəlb olundular - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İlham Əliyev Roma Papasını təbrik etdi
İlham Əliyev Roma Papasını təbrik etdi
Siyasət

İlham Əliyev Roma Papasını təbrik etdi

Bu gün
12:17
0 baxış
Paylaş:

Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu ünvanlayıb.

Gundem.today President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Zati-müqəddəsləri,

Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir.

Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin növbəti əyani nümunəsidir.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlərarası dialoqa, dini və mədəni irsin qorunub saxlanmasına töhfə verməklə yanaşı Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyinin göstəricisidir.

Zati-müqəddəsləri,

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına Sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İlham_Əliyev#Roma_Papası_XIV_Leo#Bakı#Heydər_Əliyev_Fondu#Azərbaycan_Respublikası

Oxşar Xəbərlər

Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - VİDEOSiyasət

Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib - FOTO - VİDEO

Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib.

Bu gün
13:260
Makronun Qafqaz macərası: Erməni alqışı və türk şapalağı - FOTOSiyasət

Makronun Qafqaz macərası: Erməni alqışı və türk şapalağı - FOTO

Fransa prezidentinin Ermənistana səfəri yüksək stavkaların qoyulduğu parlaq bir şahmat gedişi olacaqdı, lakin qələbə Pirr qələbəsi oldu.

Bu gün
13:080
Ağdama həyat qayıdır: Köç karvanı şəhərə çatdı - VİDEO - FOTOSiyasət

Ağdama həyat qayıdır: Köç karvanı şəhərə çatdı - VİDEO - FOTO

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Bu gün
12:400
Prezident: "Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur"Siyasət

Prezident: "Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur"

"Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir".

Bu gün
12:190