
İlon Mask "ChatGPT" yaradıcısını məhkəməyə verir
Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.
Məşhur milyarder İlon Mask "OpenAI" şirkəti ilə davam edən məhkəmə çəkişməsi çərçivəsində qurumun baş direktoru Sem Altmanın vəzifəsindən uzaqlaşdırılmasını tələb edir.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Xatırladaq ki, 2024-cü ildə Mask populyar "ChatGPT" süni intellekt sistemini yaradan "OpenAI" şirkətinə qarşı iddia qaldıraraq rəhbərliyi qeyri-kommersiya missiyasından yayınmaqda ittiham etmişdi. Ötən çərşənbə axşamı iş adamı Kaliforniya Məhkəməsinə əlavə sənədlər təqdim edib. O bildirib ki, məhkəmə iddiasının əsas məqsədi şirkətin ilkin qeyri-kommersiya statusunu qaytarmaq, eyni zamanda, Sem Altman və Qreq Brokmanı tutduqları vəzifələrdən kənarlaşdırmaqdır.
Bununla yanaşı, İlon Mask məhkəmə tərəfindən hər hansı maliyyə kompensasiyası təyin olunarsa, həmin vəsaitin "OpenAI"ın qeyri-kommersiya bölməsinə köçürülməsini tələb edib. "Maskın tələb etdiyi maddi təzminat birbaşa olaraq bu prosesin əsas hədəflərinə xidmət edir. Məqsəd onun quruluş mərhələsində yaratdığı və maliyyələşdirdiyi xeyriyyə təşkilatının şəxsi, kommersiya maraqlarına xidmət edən quruma çevrilməsinə imkan verməməkdir", - deyə agentlik məhkəmə materiallarına əsaslanaraq qeyd edib.
Milyarder bu yeni hüquqi sənədləri, "OpenAI" rəhbərliyinin Kaliforniya və Delaver ştatlarının baş prokurorlarına müraciət edərək Maska qarşı təhqiqat başladılmasını tələb etməsindən bir gün sonra təqdim edib. Süni intellekt şirkəti Maskı onların fəaliyyətini əngəlləmək məqsədi daşıyan qərəzli kampaniyada günahlandırıb. Həmçinin "OpenAI" tərəfi Maskın hərəkətlərini "azad rəqabət qaydalarına zidd və qəbuledilməz davranış" kimi qiymətləndirir.
Mənbənin məlumatına görə, İlon Mask və "OpenAI" arasında baş tutacaq hüquqi proses üçün münsiflər heyətinin seçiminə aprel ayında start veriləcəyi planlaşdırılır. Sözügedən işə ABŞ-nin Kaliforniya ştatında yerləşən Oklend Dairə Məhkəməsində baxılacağı bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSəudiyyə Ərəbistanının əsas ixrac neft kəməri dron hücumuna məruz qalıb
Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edən, ölkənin şərqi ilə qərbini birləşdirən və nefti sonradan ixrac etmək üçün Fars körfəzindən Qırmızı dənizə nəql edən neft kəməri dron hücumuna məruz qalıb.
DünyaRusiyada məhkəmə polisə rüşvət verən jurnalisti həbsdə saxladı
Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi rüşvət verməkdə təqsirləndirilən Ura.ru saytının sabiq redaktoru Denis Allayarovun barəsindəki həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. Məhkəmə onun ev dustaqlağına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
DünyaYunanıstan yaşı 15-dən az olanların sosial mediadan istifadəsini qadağan edir
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.
DünyaABŞ-də süni intellektlə keçmiş sevgililərinin intim şəkillərini hazırlayan şəxs hakim qarşısına çıxarılıb
ABŞ-nin məhkəmə tarixində ilk dəfə olaraq bir vətəndaş süni intellekt (Sİ) vasitəsilə həqiqi insanların intim fotolarını hazırladığı üçün qanun qarşısında cavab verib.