Son dəqiqə
Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandıFHN rəsmisi: "Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub" - FOTOBağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vurulduTürkiyədən Kubaya kömək - Ölkəyə üzən elektrik stansiyası göndərildiSumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdıGəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"
İlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"
Dünya

İlon Maskın atası: "Ceffri Epşteyn sağdır və buna şübhə yoxdur"

Bu gün
10:56
1 baxış
Paylaş:

"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".

"ABŞ-li maliyyəçi Ceffri Epşteyn hələ də sağdır".

Gundem.today-ın məlumatına görə, bu barədə milyarder İlon Maskın atası Errol Mask "RIA Novosti"yə verdiyi müsahibədə bildirib.

"O, mütləq sağdır... Buna şübhə yoxdur", - deyə o bildirib.

Maskın sözlərinə görə, Epşteynin həbsxana kamerasında başına gələnlərlə bağlı irəli sürülən rəsmi versiya inandırıcı görünmür, çünki sual doğuran bir məqamlar mövcuddur. O xatırladıb ki, hadisə baş verən zaman cəzaçəkmə müəssisəsindəki təhlükəsizlik kameraları söndürülüb, mühafizəçilər isə yatmış olublar. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təhlükəsizlik görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-dək) ​​yoxdur. Bu, videoyazı sistemindəki texniki problemlərlə izah edilib.

Xatırladaq ki, Epşteyn 2002-2005-ci illər ərzində onlarla yetkinlik yaşına çatmayan qızı Manhettendəki (Nyu-York) evinə və şəxsi adasına gətirməkdə ittiham olunurdu. İstintaq zamanı zərərçəkənlərdən ən kiçiyinin cəmi 14 yaşında olduğu müəyyən edilib. 2019-cu ilin avqustunda maliyyəçi kamerasında yarıhuşsuz vəziyyətdə tapılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Fevralın əvvəlində ABŞ Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə və cinsi istismarda təqsirləndirilən Epşteynin işi üzrə 3 milyon səhifədən çox sənədi ictimaiyyətə açıqlayıb. Sənədlər paketinə məşhur şəxslərin fotoşəkilləri, istintaq materialları, eləcə də Epşteynin bir çox yüksəkvəzifəli şəxslər və iş adamları ilə yazışmaları daxildir. Sənədlərdə adı hallanan bütün şəxslər cinsi zorakılıqda iştiraklarını təkzib edirlər. Buna baxmayaraq, bir çoxları Epşteynə ilk dəfə ittiham irəli sürüldükdən sonra belə onunla dostluq əlaqələrini qoruyub saxlayıb və ya yenidən bərpa ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Ceffri_Epşteyn#Errol_Mask#İlon_Maskın_atası#ABŞ_Ədliyyə_Nazirliyi#həbsxana#qalmaqallı_maliyyəçi#cinsi_istismar_işi#Epşteynin_ölümü.

Oxşar Xəbərlər

Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vurulduDünya

Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vuruldu

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.

Bu gün
12:360
Türkiyədən Kubaya kömək - Ölkəyə üzən elektrik stansiyası göndərildiDünya

Türkiyədən Kubaya kömək - Ölkəyə üzən elektrik stansiyası göndərildi

Türkiyə Kubaya kömək məqsədilə "Belgin Sultan" üzən elektrik stansiyasını göndərib.

Bu gün
12:200
Tehranda ən məşhur universitetlərdən biri bombardmana məruz qalıb - FOTO - VİDEODünya

Tehranda ən məşhur universitetlərdən biri bombardmana məruz qalıb - FOTO - VİDEO

İranda ən məşhur texniki universitetlərdən biri hesab edilən Tehrandakı Şərif Texnologiya Universiteti hava hücumuna məruz qalıb.

Bu gün
11:520
SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜDünya

SEPAH-ın kəşfiyyat rəisi ÖLDÜRÜLDÜ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi Seyid Məcid Xadəmi bazar ertəsi günü ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.

Bu gün
11:540