
FHN rəsmisi: "Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub" - FOTO
"Bakının Nizami rayonu, Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub".
"Bakının Nizami rayonu, Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Keşlə qəsəbəsində kollektorda baş vermiş nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-in müvafiq qüvvələri tərəfindən tədbirlər həyata keçirilir:
"Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda olan məlumata görə, 97 sakin təhlükəsiz yerə təxliyə olunub. Hazırda FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirirlər" .
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Papanin" hospitalında nüfuz alveri - Yüksəkrütbəli hərbçi İTTİHAM OLUNUR
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ("Papanin") maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib.
CəmiyyətBuraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.
CəmiyyətBakıda bəzi marşrut avtobuslarının hərəkət sxemi dəyişdirildi
Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
CəmiyyətBəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".