
İmişlidə Kürün səviyyəsi qalxdı: Yüzlərlə hektar torpaq SU ALTINDA QALDI - FOTO
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə rayonun Məmmədli bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.
Həmçinin daha əvvəl Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.
Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5.62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Qabaqkı kimi isti münasibət yoxdur, heç yerlilər də qalmayıblar" - Bakının ən qədim qəsəbələrinin birindən REPORTAJ - VİDEO
Baku TV Bakının ən qədim yaşayış məntəqələrindən biri olan Keşlə qəsəbəsində olub, bu ərazinin keçmişi, bu günü ilə maraqlanıb.
CəmiyyətBakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaradıb - VİDEO
Bakının mərkəzində ağac qırılaraq təhlükəli vəziyyət yaradıb.
CəmiyyətYollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında aprelin 27-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
CəmiyyətBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.