Son dəqiqə
KİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq13 il əvvəl qətl törədən şəxs ələ keçirildi - Xəbərlərin 20:00 buraxılışıTramp: "Dünyada ən güclü yenilənmə baş verir"ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı veribAzər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
Siyasət

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO

Bu gün
17:51
1 baxış
Paylaş:

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan mərkəzin binası haqqında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində ulu öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Baş nazir İnqa Ruqiniene əvvəlcə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli liderin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan İnqa Ruqinieneyə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq "Kukla incəsənətdə" sərgisi ilə tanış olub. Bildirilib ki, sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da mövcuddur.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra İnqa Ruqiniene Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Baş nazir daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Litvanın Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib, o, Mərkəzdən xoş təəssüratla ayrılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Litva_Baş_naziri#İnqa_Ruqiniene#Heydər_Əliyev_Mərkəzi#Azərbaycan_inciləri_sərgisi#Heydər_Əliyev_Muzeyi#rəsmi_səfər#Anar_Ələkbərov#Litva-Azərbaycan_əlaqələri#mədəni_irs#Bakıda_sərgilər.

Oxşar Xəbərlər

İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEOSiyasət

İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında İran və onun ətrafında baş verən proseslər barədə müzakirə aparılıb.

Bu gün
19:480
Bakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunubSiyasət

Bakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bu gün
18:440
Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDISiyasət

Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI

Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.

Bu gün
17:521
Elşən Heydərli vəzifəsindən azad edildi - FOTOSiyasət

Elşən Heydərli vəzifəsindən azad edildi - FOTO

Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.

Bu gün
17:420