Son dəqiqə
"Karvan-Yevlax"ın baş məşqçisi: "Hesab daha böyük ola bilərdi"Kişilərin cəmiyyətdə şok yaradan hərəkəti - VİDEOABŞ nümayəndə heyəti İranla danışıqlara gedir: Səhnə arxasında nə baş verir?Astroloqlar, numeroloqlar və enerji verənlər: Yeni dövrün dələduzlarıSAXAL Livanda əməliyyat başlayandan "Hizbullah"ın 1400 üzvünün öldürüldüyünü açıqlayıbTramp: "Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub
Bakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub
Siyasət

Bakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub

Bu gün
18:44
0 baxış
Paylaş:

Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə bu ölkə XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib. Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Xarici_İşlər_Nazirliyi_(XİN)#Almaniya#Siyasi_məsləhətləşmələr#Diplomatik_münasibətlər

Oxşar Xəbərlər

İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEOSiyasət

İranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında İran və onun ətrafında baş verən proseslər barədə müzakirə aparılıb.

Bu gün
19:480
İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTOSiyasət

İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.

Bu gün
17:511
Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDISiyasət

Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI

Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.

Bu gün
17:521
Elşən Heydərli vəzifəsindən azad edildi - FOTOSiyasət

Elşən Heydərli vəzifəsindən azad edildi - FOTO

Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.

Bu gün
17:420