
Naxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI
Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.
Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.
Gundem.today xəbər verir ki, bununla bağlı məsələ Ali Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə" Qanunun müzakirəsi zamanı qeyd edib ki, "Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycanın Konstitusiya Qanunu ilə Naxçıvan Konstitusiyasının müvafiq maddələrindən Naxçıvanın İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb.
Bu səbəbdən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra qanun səsə qoyularaq qəbul edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında İran və onun ətrafında baş verən proseslər barədə müzakirə aparılıb.
SiyasətBakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub
Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Siyasətİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.
SiyasətElşən Heydərli vəzifəsindən azad edildi - FOTO
Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.