Son dəqiqə
Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEOFransada korrupsiya qalmaqalı: Polis Yelisey sarayında axtarış apardıYanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olubABŞ aviadaşıyıcısı husilərə görə Ərəb dənizinə yolunu uzatmalı olubBVF Azərbaycanın iqtisadi artım proqnozunu açıqladıİspaniya miqrantlarla bağlı leqallaşdırma prosesinə başlayır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO
İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO
Kriminal

İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO

Bu gün
12:20
0 baxış
Paylaş:

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.

Gundem.today xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, E.Q. ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İnsan alveri cinayətində təqsirləndirilən X.H. isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində "escortazofficial" "Telegram" səhifəsi və "escortaze.com" saytı vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.

Araşdırmalarla X.H. şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.

Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q. və X.H. təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya "152" qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#insan_alveri#DİN_əməliyyatı#cinsi_istismar#qadın_alveri#fahişəliyə_cəlb_etmə#şantaj_cinayəti#kriptovalyuta_cinayətləri#İnsan_Alverinə_qarşı_Mübarizə_Baş_İdarəsi#həbs_qətimkan_tədbiri.

Oxşar Xəbərlər

Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSUKriminal

Azərbaycanda rezonans doğuran CİNAYƏT: Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadə ölkəmizə ekstradisiya edilib. Xüsusilə ağır cinayətdə ittiham olunan X.Əli-Zadə Bakıda istintaq təcridxanasına yerləşdirilib. Hələlik onun ittihama münasibəti məlum deyil.

Bu gün
18:360
"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaqKriminal

"Roşka"nın işi ilə bağlı əlavə görüntülər ekspertizaya təqdim olunacaq

Sosial şəbəkələrdə "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu gün
17:460
Tiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədiKriminal

Tiktoker "Beniz"in işində zərərçəkənin hakimə etirazı təmin edilmədi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
17:200
Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildiKriminal

Tələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildi

Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün
16:240